HACIYEVLƏR 42 MİLYONLUQ TƏYYARƏNİ NECƏ ALIB? - "Avropadakı şirkətlərini o idarə edir"

Bir neçə ay öncə Britaniya KİV-ləri xəbər vermişdilər ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın çoxmilyonluq əmlakı arasında özəl “Gulfstream G550” təyyarəsi də var. Azərbaycanlı bloger Cavanşir Həsənli Cahangir Hacıyevin həmin təyyarəni necə əldə etməsi ilə bağlı sənədləri yayımlayıb.

Bu sənədlərə əsasən, ABB-nin keçmiş rəhbəri özəl təyyarəni “Gulfstream Aerospace” korporasiyasına 2011-ci ildə sifariş edib və artıq 2013-cü ildə ona görə 42,5 milyon dollar ödəyib. Müqavilədə o da göstərilir ki, alıcı hər hansı bir səbəbdən təyyarəni almaqdan imtina edərsə, 7 milyon dollar məbləğində cərimə ödəməlidir.

Hazırda qiyməti 65 milyon dollar olan “Gulfstream G550” 2003-cü ildən istehsal olunur. Onun əlavə yanacaq doldurmadan havada qalma müddəti 13-14 saatdır və bu, misal üçün, Moskvadan Los-Ancelesə birbaşa uçmaq imkanı verir. 15500 metr hündürlükdə başqa heç bir uçuş aparatı olmadığı üçün saatda 904 kilometr sürət vaxta qənaət etməyə imkan verir. G550-nin adi sərnişin tutumu 12-14 nəfərdir.

Virtualaz.org-ın məlumatına görə, blogerin dərc etdiyi sənədlərdə təyyarəyə görə ödənişin hansı şirkət vasitəsilə edildiyi məlum olmur (şirkətin adının üstü bağlıdır). Qeyd olunur ki, həmin şirkət Cahangir Hacıyevin yaxın ətrafından olan insanın adına rəsmiləşdirilib. Şirkətin hüquqi ünvanı belədir: Bakı şəhəri, M.Əliyev küçəsi, 130.

Maraqlıdır ki, Cahangir Hacıyevin adı həmin şirkətin həmtəsisçilərinin siyahısından həbs edildikdən 5 ay sonra çıxarılıb.

Bloger Cavanşir Həsənli qeyd edir ki, hazırda həmin şirkəti Londonda yaşayan azərbaycanlı idarə edir. Bu şəxs haqqında məlumdur ki, o, Qərb Universitetinin (keçmiş ekologiya naziri Hüseynqulu Bağırovun sahib olduğu ali məktəb) məzunudur, hazırda Cahangir Hacıyevin Avropadakı çoxsaylı şirkətlərini idarə edir.

635x100

Şərhlər

səlim 2019-01-05 10:18:20

Hansı məmur işdən azad edilirsə ölkəni talayan, milyoner insan kimi tanınır.Nə qədər ki,işləyir ətəyində namaz qılmaq olar. Deməli ölkəmizi idarə edən yoxdur.

TALİS 2019-01-05 10:18:20

çahangirə təzyiqin arxasında onun sahib olduğu beynəlxalq bankın 50 faizindən imtina etməsi durur bu kişidə dirənib olərəm vermərəm.

Mubarek 2019-01-05 10:18:20

Lap yaxshi yeyibler. Bu dovlet ozy bu adamlara etibar edibler . Sonra yalannan camaata deyirler ki Haciyevler yedi . ...

Oqtay 2019-01-05 10:18:20

Bu informasıya bizi qıcıqlandırmaqdan başqa henə vermir Tutalım ki lap bu təyyarəni aldılar bunlardan lap hər şeylərini aldılar və bunlar kimi 100 oğrunun əlindən hər şeyini aldılar nə olsun? Bundan millətə nə? Bunlardan alınanlarla nə maaş artır nə pensiya. Bunlardan alınanlar o biri oğrular arasında pay püş edilir və varlılar bir az da varlanır vəssalam.

Ardı 2019-01-05 10:18:20

Təyin olunan məmurlar əhaliyə xidmət etmək əvəzinə,özləri üçün "Villa" tikdirməknən məşğul olurlar və bu haqda səlahiyyətli qurumlar nə üçün cənab Prezidentə məlumat verməyir? Burdan belə qənaətə gəlmək olur ki,təyin olunan məmurlar öz xidmətləri ilə dövlətə xidmət etmək əvəzinə,şəxsi maraqlarına üstünlük verirlər? Dövlət əmlakının talan olunmasının qarşısını almaq üçün,dövlətin qədrini bilən,zəhmətkeş,savadlı,təcrübəli, uzun müddət SSRİ dönəmində maliyyə sahəsində çalışan kadrlardan istifadə etmək lazım

buzlaq 2019-01-05 10:18:20

Çox sadə yolla. Dərman bosslarından biri Beynəlxalq Bankdan milyardları necə götürdüsə (C.Hacıyev tutulanda o da tutulmalı idi, onun yerinə Həsən Şərifov gedib yatdı. .... Sonra da 6-7 aydan sonra H.Şərifov çölə çıxdı), C.Hacıyev də milyonları eləcə götürdü. Burada təəccüblü nə var ki. ...

Cahib 2019-01-05 10:18:20

Bu talançılar hamısı eyni adamlardırlar,eyni əqidəyə qulluq edir,ya qohum,ya bi neçə regiyondan,ya anası arvadı erməni olan qohym qudadırlar. Oraya başqasının əsas əhalidən yəni kimsəsizin düşməsi mümkün deyil. Ona görə də milyardlarə talayanlar azadlıqda gəzir. Bu Cahangirin də türmə məsələsi teatr kimi bir oyundur. Bu cür məmurlar bu ölkəni, bizim sərvəti talayıb dağıdıblar və yenə də öz işlərindədirlər. Bunların Allah bəlasını versin.

S.Ənvərqızı 2019-01-05 10:18:20

Dövlət əmlakının talan olunması,aidiyyatı məmurların yerində olmamasından xəbər verir? 42 milyon dollar-4200 paçka 100$ deməkdir,bir maşının yüküdür.Dövlətin milyonlarını oxurlayanda, dövlətin aidiyyatı qurumları hara baxıb? Nə üçün bu haqda Ölkə rəhbərliyinə məlumat verməyib? Təyin olunan Nazir olsun, İcra Başçısı olsun fərqi yoxdur,onlar öz xidmətləri ilə cənab Prezidentin etimadını doğrultmaq əvəzinə,vətəndaşı dövlətdən narazı salırlar,vətəndaşın şikayətinə baxmayırlar, özləri üçün "Villa" tikdirirlər..

Son yazılar