BNA 30-dan çox küçə və prospektdə xüsusi hərəkət zolaqları təşkil edəcək

"Bakı Nəqliyyat Agentliyi 2019-cu ildə yol hərəkətinin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirməyi planlaşdırır".

Bu barədə “Report”a qurumun mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, sərnişindaşımada avtobus parkının yenilənməsi, Nəqliyyat Mübadilə Mərkəzlərinin müasir formada təşkili, xətlərin optimallaşdırılması, yol hərəkətinin təşkilində-parklanma yerlərinin idarə olunmasi, dayanma və durma qaydalarının pozulması hallarına qarşı mübarizə tədbirlərinin daha səmərəli təşkili, müxtəlif küçə və prospektlərdə nəqliyyat şəraitinin yaxşılaşdırılması, piyada təhlükəsizliyinə maneə yaradan halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görüləcək.

O əlavə edib ki, mütəxəssislərin hazırladığı təklifə əsasən 30-dan çox küçə və prospektdə xüsusi hərəkət zolaqlarının təşkil edilməsi nəzərdə tutulur: “ Xüsusi hərəkət zolaqlarının Gəncə, Nobel prospektlərində Mikayıl Usiyev küçəsində salınması planlaşdırılır”.

635x100

Şərhlər

t.ədalət 2019-01-05 13:54:30

Yaxşı olar ki,çoban inşaatçıların unutduğu yola--Babək prospektindən Y.Səfərov küçəsinə çıxcış tunelindən dəmir yolu tərəfə gedən yola çıxış tuneli açılsın.Əgər bu tuneli açsalar,Üzü şəhərə tərəf gələn maşınların sıxlığını azaltmaq olar.

Son yazılar