RUSİYANIN HİPERSƏS SİLAHINDAKI LİDERLİYİ – ABŞ, həqiqətənmi müdafiəsizdir?

Kreml bəyan edir ki, onlar düşmənin istənilən müdafiə sistemini yarıb keçmək qabiliyyətində olan yeni “Avanqard” hipersəs raketini uğurla sınaqdan keçiriblər.

Putin bu barədə deyib: “Mənim tapşırığımla müdafiə nazirliyinin sənaye müəssisələri bu sistemin hazırlıq və son sınaq işlərini yekunlaşdırıblar. Bu sınaq təsdiq olunan bütün taktiki-texniki məlumatları ilə elə indicə tam uğurla başa çatıb”.

Amerikan hərbçiləri “Avanqard” raketini “hipersəs planlı uçuş aparatı” adlandırırlar. Bu raket peyk və ya nüvə başlıqlı qitələrarası aparatlarda istifadə olunan raket tipləri kimi yüksək sürət alır, lakin onun trayektoriyası fərqlənir. Səsin sürətini beş dəfə ötüb keçən sürət hipersəs kateqoriyasına aid edilir.

Yer kürəsinə nisbətən yaxın məsafədə (91,44 kilometr) atmosfer qurtarır və kosmos başlayır. Hipersəs aparatı səs sürətini dəfələrlə aşaraq öz hədəfinə doğru getməyi planlaşdırır və həm də ki, hərəkət zamanı bir neçə dəfə manevr etmək qabiliyyətinə malikdir.

Nəzəri olaraq hipersəs planlı uçuş aparatı nüvə başlığı ilə yanaşı adi döyüş başlığı ilə təchiz edilə bilər. Digər tərəfdən, bu aparat ümumiyyətlə heç bir döyüş başlığı daşımasa da, öz kinetik enerjisi ilə hədəfi vura bilər. Qitələrarası Ballistik Raketlə (QBR) müqayisədə böyük manevr qabiliyyətinə və yüksək olmayan trayektoriyasına görə bu aparatı yaxalamaq imkanı çətinləşır.

2018-ci ilin martında ABŞ Silahlı Qüvvələrinin birləşmiş strateji komandanlığının üzvü - general Con Hayten senat dinləmələrində demişdi: “Bizə qarşı istifadə olunacaq bu cür silaha qarşı bizim heç bir müdafiəmiz yoxdur”.

Qitələrarası Ballistik Raketlər (QBR) artıq adi müdafiə sistemlərini yarıb keçmək qabiliyyətindədir. ABŞ və Rusiya yaxalayıcı raketlərə malikdirlər, amma ekspertlər bu cür sürətli raketə qarşı effektli yaxalayıcı raketlərin olmasına şübhə ilə yanaşırlar.

Ballistik nüvə raketlərinə qarşı ABŞ-ın qurudakı əsas raket əleyhinə qalxanı Alyaska və Kaliforniyada yerləşir. Lakin amerikanların bu raketləri sürətinə, manevr qabiliyyətinə və dəqiqliyinə görə səsin sürətini 20 dəfə aşan Qitələrarası Ballistik Raketlərdən geri qalırlar.

ABŞ-ın Raket Əleyhinə Müdafiə Agentliyi bildirir ki, 2017-ci ilin təlimləri zamanı onların raket əleyhinə müdafiə sistemləri QBR tipli hədəfləri vura bliblər. Ancaq ekspertlər deyirlər ki, bu sınaqlar reallıqdan uzaqlaşdırılıb. Belə ki, raket üzrə mütəxəssis Lora Greqo bildirib: “Raket Əleyhinə Müdafiə Agentliyi uğur əldə etmək üçün müdafiə sistemlərinin işini sadələşdirib”.

Əgər ABŞ müdafiə sistemləri Qitələrarası Ballistik Raketləri vurmaq imkanında deyilsə, onda ehtimal ki, onlar Rusiyanın hipersəs aparatlarını da vura bilməyəcəklər. Deməli, onda Moskvanın döyüş cərgəsinə “Avanqard” və ya digər hipersəs aparatlarını daxil etməsinin elə də əhəmiyyəti yoxdur.

Heç bir ölkə heç vaxt uzaq radiuslu etibarlı strateji silaha sahib olmayıb. Nüvə dövlətləri bunun əvəzinə həmişə cavab zərbələrinə ümid bəsləyirlər.

Hipersəs silahları nüvə başlıqları olmadan da daha faydalı və effektli olardı. 2018-ci ilin iyulunda ABŞ Müdafiə Nazirliyinin Elmi Araşdırmalar və Təcrübə Konstruktor İşləri (EATK) üzrə mənzil qərargahının rəis müavini Maykl Qriffin xəbərdarlılqla bildirmişdi: “Bu cür növ silahların taktiki imkanlarını hərbi fəaliyyətlər teatrında və ya regional münaqişələrin gedişində tətbiq etmək olar. Hipersəs aparatları çox sürətli cavab vasitəsi, yüksək manevrlidir, onların trayektoriyasının aşkarlanması və məhv edilməsi çətindir”.

Putin bəyan edib ki, Rusiya silahlı qüvvələri 2019-cu ildə “Avanqard”la təchiz ediləcəklər. Çin və ABŞ öz hipersəs raketlərini hazırlayırlar.

Rusiyanın hədsiz dərəcədə irəliyə can atması, onun silahlı qüvvələrinin döyüş cərgəsinə etibarsız silahların qəbul olunması ilə nəticələnə bilər. 2018-ci ilin iyulunda Qriffin bildirirdi ki, ABŞ hipersəs silahının işlənib-hazırlanmasında liderliyini davam etdirir. Pentaqon hesab edir ki, ordunun tələsik hazırlanmış silahlarla təchiz olunmasına ehtiyac yoxdur.

Qriffin deyib: “Amerikanın hipersəs silahı 2020-ci ildə işlənib hazırlanacaq. Siz bizim sınaq səylərimizin necə artacağını görəcəksiniz. 2020-ci illərin başında və on illiklər ərzində ordunun bu resurslarla təchiz edilməsinin şahidi olacaqsınız”.

Qriffin Kremlin hipersəs silahı barəsindəki bəyanatları ilə bağlı şübhələrini dilə gətirib: “Mənə onların bu məsələdə hansı döyüş hazırlığı vəziyyətində olduqları məlum deyil”.

(National İnterest-ABŞ)

635x100

Şərhlər

moskva 2019-01-05 14:14:52

rusiya dünyanın super gücüdür bu belə olub belədə davam edəcək bəss işğalçı demişkən gedin siyasətlə yaxşı maraqlanın görün işğalçı kimdir qarabağ ın ermənilərə verilməsinin təlimatı hardan gəlib bəli bütün bunların memarı ağ evdir heç siz irak liviya misir tunis suriya əfganıstan kimi kiçik müsəlman dövlətlərinin başına gələn bəlalardan danışmırsız onu bilinki rusiya olmasaydı cənubi qafqazın yaxın şərqlə heç bir fərqi olmazdı rusiya dünyada sülhün və sabitliyin qarantıdır

Vüqar 2019-01-05 14:14:52

Men rusyada yaşaylram ruslarln özleri deyirki rusya ve putin hakimyetnin amerkaya catmagna hele bir iki yüz il lazlmdl putin fantazya danlşlr amerika onu sübut edir bu national-interess abş yazlslna inanmayln

--------- 2019-01-05 14:14:52

Rusiya böyük hərbi gücdür.Bunu inkar etmək olmaz

t.ədalət 2019-01-05 14:14:52

Belə yazılarla işğalçı Rusiyanı tərifləmək lazım deyil.İki böyük hərbi güc var:ABŞ və Çin.Bu dövlətlər kosmosda da,yerdə də liderdirlər.

Buklet 2019-01-05 14:14:52

https://bit.ly/2xyekr5

kluni 2019-01-05 14:14:52

Nöyüt qoy 40 dollar olsun, Rusiyanın super cart silahındakı üstünlüyü sabun köpüyü olacaqdır.

Son yazılar