Fransada "sarı jiletlilərin" aksiyası başlayıb

Fransanın paytaxtı Paris şəhərində onlarla sarı jiletli insan razılaşdırılmış etiraz aksiyasında iştirak etmək üçün Yelisey çölü prospektinə toplaşıb.

“Report” xəbər verir ki, bu məlumatı “TASS” yayıb.

Hakimiyyətlə yanvarın 5-də paytaxtda iki etiraz aksiyasının keçirilməsi razılaşdırılıb. Onlardan biri Fransa parlamentinin binasının qarşsında, o biri isə Yelisey çölündə başa çatacaq. Aksiya yerli vaxtla saat 17.00-dək (Bakı vaxtı ilə saat 20-dək) davam edəcək.

Hazırda ölkənin Marsel, Ruane və bir sıra şəhərlərində mitinq keçirilir.

Qeyd edək ki, noyabrın 17-də Fransada avtomobil yanacaqlarının qiymətinin bahalaşmasına qarşı “sarı jiletlilərin” aksiyası başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar