Ukraynada türk qızların qatili tapıldı - 2 gün meyitlərlə bir evdə qalıb

Ukraynanın Xarkov şəhərində öldürülən tələbələr Zeynəb Hüsünbəy və Buket Yıldızı qətlə yetirənin kimliyi məlum olub.

BakuPost xarici mətbuata istinadla xəbər verir ki, tibb fakültəsinin ikinci kurs tələbələri olan qızları Buketin keçmiş sevgilisi Hüsnü Can K-nın öldürdüyü bilinib.

Belə ki, qatil, 31 dekabr günü onların yaşadığı mənzilə gələrək əvvəlcə Buketi bıçaqlayıb, daha sonra mağazadan evə qayıdan Zeynəbi qətlə yetirib.

Buketin atası polisə verdiyi ifadədə qızının Hüsnü ilə 1 il əvvəl tanış olduğunu, lakin, onun hərəkətlərindən narahat olduğu üçün görüşməmə qərarı aldığını deyib.

Qeyd edək ki, 20 yaşlı qatil cinayəti törətdikdən sonra 2 gün meyitlərlə eyni evdə qalıb. Polis yanvarın 2-si Ukraynadan Türkiyəyə qayıdan Hüsnü Canın axtarışlarını aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar