Azərbaycanlını qanunsuz qeydiyyata saldıran rusiyalı saxlanıldı

Dərc olunub: 05/01/2019 - 21:52

875Rusiya Daxili İşlər Nazirliyinin Ryazan vilayəti üzrə əməkdaşları apardıqları yoxlamalar zamanı Azərbaycan Respublikasının vətəndaşının qanunsuz qeydiyyata alındığını aşkar ediblər. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, faktla bağlı 60 yaşlı Sasovo şəhər sakini saxlanılıb.

Məlum olub ki, o, 60 yaşlı azərbaycanlı qadına saxta qeydiyyat verərək, onun Rusiya ərazisində qalmasına yardımçı olub.

Faktla bağlı araşdırmalar davam edir. Qanunu pozan rusiyalını 100 min rubldan (təxminən 2500 AZN) 500 min rubladək (təxminən 12 400 AZN) cərimə gözləyir.








loading...


Fikrinizi bildirin