AVROPA RUSİYANIN QAZ ÇƏNGİNDƏN NECƏ QURTULA BİLƏR? – Rusiyanı çökdürəcək real alternativlər

Fransanın “Slate.fr” jurnalı “Rusiyanın qaz çəngindən Avropa necə qurtula bilər” adlı statistik faktlara əsaslanan maraqlı məqalə dərc edib. Məqalədə Avropanı Rusiyanın enerji asılılığından xilas edə biləcək digər enerji layihələrinə diqqət çəkilib.

AzPolitika.info həmin məqalənin tərcüməsini təqdim edir:

Ukrayna hadisələri fonunda Avropa Birliyi ilə Rusiya arasındakı gərginliyin yüksəlməsi öz təzahürünü mütləq olaraq enerji məsələlərində tapır. İyul ayının sonunda Rusiyanın maraqlarına zərbə vurmaq üçün Brüsselin tətbiq etdiyi iqtisadi sanksiyalar Moskva tərəfindən cavabsız qala bilməzdi.

Moskvanın buna reaksiyası Avropa ölkələrindən ixrac edilən ərzaq məhsullarının idxalına qoyulmuş qadağa oldu. Lakin indiki qarşıdurmada Avropanın əsas “Axilles dabanı” enerji daşıyıcıları sayılır. Bu ilk növbədə Avropa Birliyinin-nin Rusiya karbohidrogenlərindən və xüsusən də təbii qazından asılı olmasına aiddir.

Hələlik zaman Moskvanın xeyrinə işləyir. Şimal dənizindəki karbohidrogen ehtiyatlarının tükənməsi səbəbindən Avropa Rusiya başda olmaqla digər ölkələrin enerji daşıyıcılarından daha çox asılı vəziyyətə düşəcək. Elə məhz buna görə də Avropa ləngimədən alternativ yollar axtarmalıdır. Bu yollar isə həqiqətən də mövcuddur.

-AVROPA ÇIXILMAZ VƏZİYYƏTDƏDİR.

Bəs, əsl həqiqətdə işlər hansı vəziyyətdədir? Avropa Birliyinin 28 üzv ölkəsi istehlak etdiyi qazın təxminən yarısını kənardan gətirir. Statiskaya görə bu idxal payının Rusiyaya düşən hissəsi 2002-ci ildə 45%, 2010-cu ildə 32% və 2013-cü ildə 39% olub. Dünya qaz ehtiyatının yalnız 2,2%-i Avropa Birliyinin payına düşür. Dünyada çıxarılan ümumi qazın 18%-ini AB ölkələri istehlak edir. Beynəlxalq enerji agentliyinin proqramına əsasən 2030-cu ildə Avropanın qaz ehtiyacı daha da artacaq. Bu cür perspektiv dünya qaz ehtiyatının 23%-inə malik olan Rusiya üçün xeyli dərəcədə əlverişlidir.

Avropa Birliyi ölkələri qaz məsələsində tamamilə bir-birindən fərqli vəziyyətdədirlər. Böyük Britaniya və İspaniya ümumiyyətlə Rusiyadan qaz almır. Rus qazı Belçika istehlakının yalnız 2%-ini təşkil edir. Fransa istifadə etdiyi qazın 14%-ını, İtaliya 20%-ini, Almaniya isə 37%-ini Rusiyadan idxal edir. Amma Çexiya, Polşa, Bolqarıstan, Pribaltika və Finlandiya öz mavi yanacağının 90%-ini Rusiyadan alır.

-AB DAXİLİNDƏ ƏLAQƏLRİN GÜCLƏNDİRİLMƏSİ ÜÇÜN İNFRASTRUKTURUN İNKİŞAF ETDİRİLMƏSİ.

Əgər biz Rusiya qazının çəngindən yaxa qurtarmaq istəyiriksə, bu məsələnin həlli üçün ilk növbədə üzv dövlətlər arasındakı qaz infrastrukturunun möhkəmləndirilməsindən başlamalıyıq. Beləliklə də Rusiya qazından daha çox asılı vəziyyətdə olan ölkələr onlara lazım olan yanacağı başqa kanallardan da təmin edə bilər. “Biz daxili enerji bazarının formalaşdırılmasını yekunlaşdırmalı, infrastrukturu yaxşılaşdırmalı və enerji resurslarının istifadəsində rasional davranmalıyıq”. Bütün bunları təkidlə tələb edən Avropa Komissiyası sözün əsl mənasında Avropa enerji bazarının çoxdan uğursuzluğa düçar olduğunu unudur.

Ancaq vəziyyətin necə olmasına baxmayaraq konkret addımlar atmaq lazımdır. Artıq Brüsseldə AB-nın enerji təhlükəsizliyi üçün mühüm olan 33 infrastruktur layihə üzərində işləyirlər. 2014-2020-ci illər arasındakı dövrdə onun reallaşmasından ötrü büdcədən 5,85 milyard dollar avro da ayrılıb. Beləliklə, daha yaxın gələcəkdə Avropa aktiv şəkildə özünün qaz anbarlarından istifadə etməyə başlaya bilər. İndi onların demək olar ki, yalnız yarısından az bir qismi doldurulub və kriz vəziyyəti üçün əlavə qaz ehtiyatı toplamaqdan ötrü yeni obyektlər formalaşdırılmalıdır.

AĞIRLIQ MƏRKƏZİ ASİYA TƏRƏFƏ SÜRÜŞÜR

Bəs, resursları haradan götürmək olar? Ən əvvəl iqtisadiyyatı karbohidrogenlərin ixracından asılı olan Rusiya hal-hazırda Avropaya gedən qaz kəmərinin bağlanmasında maraqlı deyil. Eyni zamanda qaz ixracının oriyentasıyasını dəyişdirmək yolunda Rusiyanın potensial müştəriləri yetəri qədərdir.

Bu məsələdə ilk olaraq Çin gəlir. May ayında Moskva ilə Pekin heç şübhəsiz ki,Ukrayna böhranının təsiri altında 30 illik müddətəinə müqavilə imzaladılar. Çinin ehtiyacı çox böyükdür və Moskva bundan istifadə edərək Avropa təchizatı üçün “səssiz” təhlükə yaratmaq fikrindədir. Lakin ixracın yön dəyişdirməsi üçün xeyli vaxt lazımdır. Digər yandan isə siyasi nöqteyi nəzərdən Çin kimi müştəridən hədsiz asılı qalmaq Rusiya üçün təhlükəli hesab olunur.

Asiya bazarının potensial alıcılarından biri də enerji daşıyıcılarına böyük təlabatı olan Yaponiyadır. Fukisimodakı məlum qəzadan sonra Tokiyonun Rusiya yanacağına olan marağı artıb.Hər necə olmasına baxmayaraq Kuril adaları ətrafındakı ərazi mübahisəsi normal ticarət əlaqələrinin qurulmasını əngəlləyir. İndiki vəziyyətdə Rusiyanın yeni bazara üz tutması xeyli vaxt aparacağından köhnə müştərilərə arxa çevirmək olmaz.

DİGƏR MÜHÜM MƏNBƏLƏR

İri qaz satıcılarından sayılan Əlcəzair və Liviya Avropanın qonşusudur. Məğribdən İspaniya və İtaliyaya çəkilmış qaz kəməri Aralıq dənizinin hər iki sahil dövlətlərinin uzun tarixi əməkdaşlığından xəbər verir. Fransa artıq çoxdandır ki, Əlcəzairdən qaz idxal edir. Hazırda həmin istiqamət Avropa üçün o şərtlə yaxşı perespektivlər vəd edir ki, istehsalçı ölkələr indiki hasılatı və ondan istifadənın effektivliyini artırsınlar. Bir qədər uzaqdakı Səudiyyə Ərəbstanı və Qatar kimi böyük təbii qaz ehtiyyatlarına malik ölkələrdən alınan sıxılmış qazın tankerlər vasitəsi ilə Avropaya nəql edilməsi yeni alternativ istiqamət üçün geniş imkanlar açır.

Hazırkı dövrdə Avropaya nəql olunan ümümi mavi yanacağın 15%-i sıxılmış qaz şəklindədir. Göründüyü kimi bu aktiv diversifikasiya üçün yaxşı köməkdir. Belə ki, məsələn, Fransada ümumi saxlama həcmi 840 min kubmetr olan Fo- Syür Mer və Montuare qaz terminalları mövcuddur. Əlavə olaraq isə Fo-Syür Mer və Dünkerkdə daha iki obyektin tikintisinə başlanılıb.

Bunlardan başqa, ümumi yanacaq bazarında slans qazının peyda olması bütün hesabları kardinal surətdə dəyişir. OPEK-in statistik məlumatına əsasən, keçən il ABŞ və Kanada praktik olaraq (ümumdünya qaz həcminin 12%) Qatar və Birləşmiş Ərəb Əmirlikləri qədər qaz ixrac ediblər. Düzdür, hələlik Rusiya dünyanın əsas qaz ixracatçısı liderliyini qoruyub saxlasa da (21%) artıq bizim real alternativlərimiz də mövcuddur.

Hər halda Avropa Birliyinə daxil olan dövlətlər heç zaman olmadığı kimi Rusiya qazının çəngindən qurtulmaq üçün lazımi infrastrukturun yaradılmasında bu qədər maraqlı olmayıblar. Amma bunlarla yanaşı diversifikasiyanı həyata keçirməyə xeyli maliyyə sərf etmək gərəkdir.

Bu isə 28 ölkənin “Vahid Avropa eneji sisteminin” qurulması istiqamətindəki hərəkətlərindən asılıdır. Çox təəssüf ki, hələ buna müvəffəq olunmayıb. İndi seçim qarşısındayıq. Hansı yaxşıdır, Rus qazından, yoxsa Avropa Birliyinin əməkdaşlığı çərcivəsindəki diversifikasiyadan asılı olmaq? Bu gün Avropa Birliyi ölkələri qarşısında məhz bu cür sual dayanıb.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar