Çində «bütün bombaların anası» sınaqdan keçirildi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasında (ÇXR) yeni tip aviasiya bombası - «bütün bombaların anası» nümayiş etdirilib. O, ən güclü qeyri-nüvə bombası hesab olunur.

«NORINCO» adlı dövlət korporasiyası tərəfindən yaradılmış bombanı dekabrda sınaqdan keçiriblər. Onu H-6K bombardmançı təyyarədən tullayıblar. Nəticədə, çox güclü partlayış baş verib.

KİV-in qeyd etdiyi kimi, öz gücünə görə, «bütün bombaların anası» yalnız nüvə bombasıdan geri qalır. Onun çəkisi bir neçə tondur. Ona görə də bir təyyarə eyni vaxtda bu bombanın yalnız birini daşıya bilir.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar