Lənkəran şəhərinin Liman qəsəbəsində 2 ədəd mina tapılıb

Yanvarın 5-də Lənkəran şəhərinin Liman qəsəbəsi ərazisində fəaliyyət göstərən Liman sahil mühafizəsi bölməsinin xidməti ərazisində 2 ədəd mina tapılıb.

“Report” xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin Cənub Regional şöbəsinin Liman Sahil Nəzarət bölməsinin əməkdaşları tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) tank əleyhinə mina (1 ədəd TM-62 və 1 ədəd TM62P3) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Təlim minalarının ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar