Bakıda ana və 7 uşağı dəm qazından zəhərlənib

Dərc olunub: 05/01/2019 - 23:25

dem-qazi-2Abşeron rayonunun Goradil qəsəbəsində ana və 7 uşağı dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a faktı təsdiqləyib.

P.Abubəkirovun sözlərinə görə, 41 yaşlı Elnarə Aslanova və onun 7 uşağı Respublika Toksikalogiya Mərkəzinə yerləşdirilib. Zəhərlənən uşaqların kiçiyinin 3, böyüyünün 13 yaşı var. Qadın 10 uşaq anasıdır. Digər 3 uşaqda zəhərlənmə əlamətləri müşahidə edilməyib. “Ana və uşaqları özlərini pis hiss ediblər, təcili yardım çağırılıb, onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub”,- P.Abubəkirov söyləyib.








loading...


Fikrinizi bildirin