Parisdə etiraz aksiyaları zamanı 18 nəfər saxlanılıb

Fransanın paytaxtı Parisdə "sarı jiletlər" hərəkatının etiraz aksiyası zamanı 18 nəfər saxlanılıb.

Trend-in məlumatına grə, bu barədə Fransanın "BFM" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, Parisdə aksiyalarda 3,5 minə yaxın insan iştirak edibş

Daha əvvəl "Agence France-Presse" agentliyi" paytaxtda etiraz aksiyaları zamanı 103 nəfərin saxlanılması barədə məlumat yaymışdı. Lakin daha sonra məlumatın səhvən buraxıldığı bildirilmişdi.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar