"ABŞ kimyəvi silah üzrə mövqeyindən dönməyib" - Bolton

Amerika qoşunların Suriyadan çıxarılması ABŞ-ın kimyəvi silahdan istifadə üzrə mövqeyindən döndüyünü ifadə etmir.Trend-in məlumatına görə, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İsrailə səfəri zamanı bildirib.

C.Bolton deyib: "ABŞ-ın Suriya rejiminin kimyəvi silahdan istifadə etməsinə qarşı mövqeyində tamamilə heç bir dəyişiklik yoxdur. Bizim kimyəvi silahın istənilən istifadəsinə çox ciddi cavab verilməsi üzrə də mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Buna görə rejimin, Əsəd rejiminin bu məsələyə dair heç biz illüziyası olmamalıdır. Biz hazırda qoşunların çıxarılmasının həyata keçirilməsi üzrə detallar və şəraitlər üzərində işləyirik, amma biz istəmirik ki, Əsəd rejimi gördüyümüz işləri bizim kimyəvi silahdan istifadəyə qarşı mövqeyimizdən dönməyimiz kimi dəyərləndirsin".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar