"Sonda ədalət qalib gələcək" - Makron etirazçılara səslənib

Fransa prezidenti Emmanuel Makron ölkədə keçirilən "Sarı jiletlilər" hərəkatının etiraz aksiyaları zamanı zorakılıq hallarını pisləyib və tərəfləri dialoqa çağırıb.

“Report” xəbər verir ki, o bu barədə "Twitter"də yazıb.

"Yenə respublikaya — onun keşikçisinə, nümayəndələrinə və rəmzlərinə qarşı son dərəcə amansızlıq üz verib. Bunu edənlər mülki müqaviləmizin mahiyyətini unudurlar. Sonda ədalət qalib gələcək", - deyə Fransa lideri bildirib.

Onun sözlərinə görə, etiraz tədbirlərinin hər bir iştirakçısı dialoqa başlamaq üçün özünü ələ almalıdır.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar