İran Aİ-ni ABŞ-ın sanksiyalarına qarşı mexanizm yaratmamaqda ittiham edib

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimi ABŞ-ın Tehrana qarşı sanksiyalarının təsirini azaltmaq üçün xüsusi maliyyə mexanizminin yaradılmasında yubanmaya görə Avropa İttifaqını (Aİ) tənqid edib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə IRNA agentliyi yazıb.

"İslam Respublikası sözsüz ki, "SVP" (xüsusi maliyyə mexanizmi - red.) adlanan maliyyə mexanizminin yaradılmamasında Avropanı məsuliyyətli bilir", - deyə agentlik Qasiminin sözlərini sitat gətirib.

O, həmçinin əlavə edib ki, avropalılar baş benefisiarlar olaraq qərarın nəticələri barədə düşünməlidirlər. Çünki İran Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri indiyədək yerinə yetirib, lakin Tehranın səbri tükənmək üzrədir və Avropa İttifaqının strateji qərar qəbul etmək vaxtı çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar