“HANSI HÖKUMƏTDƏ 23 İL EYNİ VƏZİFƏDƏ İŞLƏMƏK OLAR?” - 79 yaşlı Abid Şərifov

“Bircə Allahdan savayı heç vaxt heç nədən qorxmamışam”

Bu gün Baş nazirin sabiq müavini Abid Şərifovun doğum günüdür, 79 yaşı tamam olur. Abid Şərifov 1940-cı ilin 6 yanvarında Şəkidə anadan olub. 1995-ci ildən 2018-ci ilin 21 aprelinə kimi Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

Modern.az saytının əməkdaşı Abid Şərifovdan doğum günündə qısa müsahibə alıb.

- Abid müəllim, necəsiz?

- Şükürlər olsun ki, hər şey yaxşıdır. Səhhətim də qaydasındadır. Zənginizə görə xüsusi təşəkkür edirəm. Bu arada sizin Yeni ilinizi də təbrik edirəm. Xoşbəxtlik arzu edirəm.

- Qarşılıqlıdır, çox sağ olun! Bu gün sizin doğum gününüzdü. 79 yaşınız tamam olur. Necə qarşılayırsız növbəti doğum gününüzü?

- Sadə. Dəbdəbəli doğum günləri keçirtməyi sevmirəm. İstisna hal yalnız 60 yaşda olub.

- Bir çox həmyaşıdlarınız yaş üstünə yaş gələndə qorxur. Siz də eyni halı yaşayırsız?

- Qətiyyən... Bircə Allahdan savayı heç vaxt heç nədən qorxmamışam. Bu da bir həyatdır.

- Vəzifədə olanda təbriklər də fərqli olur. İndi necə, təbrik edənlər varmı? Xüsusən də köhnə dostlarınızdan?

- Hər zaman xalqıma xidmət etmişəm. Ömrüm boyu da xidmət etməyə hazıram. Hər bir insan xalqına, torpağına bağlı olmalı və xidmət etməlidir. Bu, hamımızn borcudur. Qaldı ki, təbrik edənlərə, təbrik etmək istəyənlər zəng edir.

- Bir daha nəyə görə doğum günü keçirtməməyinizlə bağlı soruşmaq istərdim. Ola bilərmi ki, bu istəyin olmaması illərlə çalışdığınız işinizdən irəli gəlsin?

- Bunun gərgin işlərlə əlaqəsi yoxdur. Əvvəldən xasiyyətim belədir. Düşünürəm ki, sadəlik daha yaxşıdır. Heç vaxt “bu gün bunu qeyd edim, sabah başqa bir günü qeyd edim” kimi hallarım olmayıb. O yolun sahibi deyiləm.

- 1995-ci ildən 2018-ci ilə kimi baş nazirin müavini vəzifəsində çalışmısız. O illərin xiffətini çəkirsizmi?

- Qızım, hansı hökumətdə, hansı dövlətdə 23 il eyni vəzifəni icra etmək olar?! Hansı tarixdə bunu oxumusuz?! 79 yaşımda təqaüdə çıxmışam. 23 il sizə kiçik görünməsin. Ona görə də hər zaman prezidentimə minnətdar olmuşam və indi də minnətdaram. Eyni zamanda, ulu öndərimizin də ruhu şad olsun. Ömrüm boyu ulu öndərimizə borcluyam. Yaşımdan asılı olmayaraq cənab prezidentimin, xalqımın əsgəriyəm. Həmçinin, ailəm də, övladlarım da dövlətçilik yolunda hər şeyə hazırdır.

635x100

Şərhlər

Eflaтun Serifov 2019-01-06 15:46:08

Abid qaqa senin sajende aт ojnadlrlq.....................,

Hacı dayı 2019-01-06 15:46:08

Abid müəllim eto tebe nado? Akişi sakit otur istirahətini elə,yeyib,içib kefini çək də.Niyə özünü yada salıb bibır edirsən?Özünü dilə-dişə salırsan?Arada ermənistanlı olduğun da meydana çıxdı.İndi səni Ye...z deyə çağıracaqlar.Bu yaşında ləqəb də qazandın.Ay sənin kefin olsun,o qız kim idi səni ağzı göyçəklərin dilinə saldı.Burda deyiblər eto tebe nado?

Əli 2019-01-06 15:46:08

Abid müəllim düz deyir.Heç Zənzibarda da belə hal olmur.Belə hal yalnız batmaqda olan gəmidə olar.

G.M.-ə 2019-01-06 15:46:08

Abid Şərifov müəmmalı şəkildə Nazirliyə aparılmayıb.BU günə qədərçoxları elə bilir Abid Şərifov Şəkilidir.Ancaq unudulub və unutdurulub ki, 1948-ci ildə ailəsi il Ermənistandan gəliblər,Şəkidə məskunlaşıblar və Şəkinin ZAkatala küçəsində yaşayıblar.

Şəkili 2019-01-06 15:46:08

Abid müəllim,bu mwsahibə və belə kommentariər Sizə laz;m idimi? Nə etmsiniz,etminiz də! İndi Sizi araşdırıb zibilləri üzə çıxardan olsa xoşun gələcək? Ayıb deyil? Adınız var idi.Aə axı hamı görür və bilir.

lala 2019-01-06 15:46:08

yaltaqlıq edənlərə -Allax sizin omrunden kesib abid ve hacibalaya mallimlara versin

Əlosət Ağayev Şəkili 2019-01-06 15:46:08

Allahdan qorxan adam bu qədər yalan danışmaz. Ey Ulu tanrı ! Nəyə görə sə, Allahın adını çəkərək, bu qədər yalan danışan zalimlərə və onların əzizlərinə layiqli cəza vermirsən? Lənətə gəlsinlər həmin kafirləri və zalimləri. Amin! Ay Abid Şərifov! Siz hələ Baş Nazirin müavini təyin olunmazdan qabaq, 1991÷1994-cü illərdə, məhkəmələrə tapşırıq verib, mənim ailəmi dağıdıb, mən günasız atanı iki evladdan eləmədinmi? Axı siz heç vaxt xalq üçün xidmət etmədiniz. Siz Baş Nazirin Müavini vəzifəsinə təyin olunan gündən, bizim Şəkimizi, uzun illər talan etdiniz. Bütün qohum əqrabamızı Şəkidə vəzifələrə təyin etdirərək, artıq 26-cı ildir ki, biz günahsız insanlarımlzı öz dögma yurdumuzda didərgin gününə saldınız.Şəkinin Soyuq-bulaq arazisini ələ keçirib özünüzə və qohumlarınıza millionlarla qiyməti olan villalar inşa etdirdiniz və s....... Məhz siz, Abid Şərifov bu Əliyevlər hakimiyyətindən istifadə edərək, bu milləti ağlar gündə qoydunuz.

lala 2019-01-06 15:46:08

azpolitika sizi sevmemek elde deyil)

Vətənini sevən 2019-01-06 15:46:08

Şəki İHB-nın 1-ci müavini Həsən Həsənov 20-ildir bir vəzifədə oturur,bu anormal hadisədir, bu qədər oturan adama da normal adam kimi baxmaq absurddur. Rotasiya deyilən bir anlayış var, nə zaman bizdə də rotasiya tətbiq olunacaq, bilinmir. Belə bir təəssürat yaranır ki, anaları bu insanları doganda onları yalnız bu vəzifələrə görə doğub və onlar ömürlərinin axırına kimi bu məmləkətin axırına çıxmalıdırlar. Özünə hörmət edən şəxs bir vəzifədə 3-5 il işləyər,bu müddətdə əgər o yaxşı özünü göstərsə vəzifəcə irəli çəkilər,işini bacarmasa isə ya aşağı işə keçirərlər,ya da azad edərlər.Bu normal ölkələrdə belə olur.

Fazil 2019-01-06 15:46:08

Bütün işdən azad olunan məmurların,Fazilin.Müslümün,İbrahimovun və digərlərinin mal varlıqlrı aşkarlanaraq mətbuata çıxarıldı ( Abid Şərifov bvə Hacıbaladan başqa).

rashad haciyev 2019-01-06 15:46:08

Hormetli Abid m bir ozunuzden danishin 1995 ci ilden Artur Resulzadenin muavini olmusuz duz 23 il kresloda oturmuz .Bu qeder hec Muamar Kadafinin generallari vezifesinde oturmayiblar .Ne oldu indi yaddiniza dushdu hec ne duz deyil bes o yumsaq kresloda oturanda fikrleshmediz ki yuxarida tezlikle ne cavab vereceksiz??

Moşuya 2019-01-06 15:46:08

Buradakı şərhləri kreslosunda 20-30 il bir kresloya yapışan və ya yapışdırılan məmurların hamısına aiddir.Bir şəxs özünə hörmət edirsə bir vəzifədə 3-5 il işləyər.bu müddətdə əgər o yaxşı özünü göstərsə vəzifəcə irəli çəkilər.işini bacarmasa isə ya aşağı işə keçirərlər.ya da azad edərlər.Bu normal ölkələrdə belə olur.Azərbaycanda isə analoqu olmayan qayda və qanunlar işləyir. Nəticələr göz önündədi: səfalət,işsizlik,importdan asılılıq,qanunsuzluq,özbaşınalıq,qudurğan məmurlar və onların ərkəsöyün evladları

Elşad 2019-01-06 15:46:08

Bir ayağı gorda olan 80 yaşında adam həyasızcasına yalan danışırsa, cavanlardan nə gözləyəsən

Rovshen 2019-01-06 15:46:08

Sen hacan xalqina xidmet eledin??

Moshu 2019-01-06 15:46:08

Cəmşid Dərələyəzli düz buyurur, Abidlər, Hacıbalalar və onların analoqları olmasaydılar bu məmləkət batıb gedərdi. Təsəvvür edin, onda nə baş verərdi? Elə bil ki, hansısa gözə görünməyən qüvvə Azərbaycanı quyunun dibinə yuvarlandırır və bundan həzz alır. Köhnə düşüncəli, sınıx-salxaq"kadrlar"dan hansı uğur gözləmək olar? Onların amalı çoxlu para qazanmaq,qohum-qoturunu müəyyən vəzifədə yerləşdirtmək, qız verib, qız almaq, öz aralarında qohumluq əlaqələrini möhkəmləndirmək (nazir nazirlə, Prezident aparatı Nazirlər kabinetindəki məmurla, bir vəzifəli şəxs digəri ilə qudalıq əlaqələrinə girirlər və öz imperiyalarını yaradırlar. Bu münasibətlər səmimi qohumluq deyil, saxta qudalıqdır ki, səhərisi gün bir-birini müdaiə edə bilsinlər, bir-birinin paxırının üstünü açmağa imkan verməsinlər. Ona görə də bir vəzifədə 20-25 il “işləyirlər”. Bu insanlarda istefa adlanan mədəniyyət yoxdur. Alabalamüəllimin dediyindən belə qənaətə gəlmək olar ki, 23 il bir vəzifədə oturmaq anormal hadisədir, bu qədər oturan adama da normal adam kimi baxmaq absurddur. Rotasiya deyilən bir anlayış var, nə zaman bizdə də rotasiya tətbiq olunacaq, bilinmir. Belə bir təəssürat yaranır ki, anaları bu insanları doganda onları yalnız bu vəzifələrə görə doğub və onlar ömürlərinin axırına kimi bu məmləkətin axırına çıxmalıdırlar. Burada Hacı Zaminin yazılarından bir epizod yadıma düşdü. Əzrayıl Allahdan xahiş edir ki, ona istənilən tapşırığı versin,bircə Aərbaycana göndərməsin. Allah-təala soruşur ki, sənə nə fərqi var,biri ağacdan yıxılıb öləcək, birini ilan sancacaq, biri qayadan aşacaq və heç kim səndən şübhələnməyəcək. Əzrayıl isə cavabında deyir ki, mən işdən qorxası deyiləm, sadəcə olaraq canını alacağım vəzifəli şəxsin kreslosunu da daşımalı oluram.

Cəmşid Dərələyəzli 2019-01-06 15:46:08

Azərbaycan dövlətində Abid müəllim. Çünki keçid dövrünü yaşayan ölkəmizdə hər sahədə qıttıq olduğu kimi kadr sahəsində də defisit yaşadıq. Bu nədən də bu xalq tanrısına şükür edir ki, yaxşı ki, Sizin kimi, Hacıbala kimi bu xalqın oğulları var idi. Yoxsa bu millət nə apardı Abid müəllim, Sizlər olmasaydınız.

oxucu 2019-01-06 15:46:08

O qədər yazacaqsız gedənlər də acığa qayıdacaq. İmkan verin hər şey yaddlarından çıxsın. Siz cavanlardan müsahibə alın ,görün nə işlə məşğuldurlar. Alabalaya indi heç kəs lazım deyil.

EJDER 2019-01-06 15:46:08

ONU DUZ DEYIRSINIZ,23 IL NAZIR MUAVINI ANCAQ BIZIM ANALOQU OLMAYAN HUKMETDE IWLEMEK OLAR...ELE ARTUR MALLIMI DEMIRSINIZ

yusif-1313 2019-01-06 15:46:08

Dünyada anoloqu olmayan Azərbaycanda

Vekil 2019-01-06 15:46:08

Bu dejurnu suallar "cavablar" lap bizi bezdirdi o xalqa yox oz mulkuyetin dahada boyudmeke xidmet edib hettdda 23 il uzune verb getmeyib isliyen adam pensiye gedende penceyini goturub geder hardasa biraz Artur kimi yoxsa sirketin malin mulkun sayi hesabi yoxdur baslayirlar xalq bele xidmet bel dovlet ele besdirinde hec olnas girin taxdanin altina xelveti xiridlayin...

NURəddin 2019-01-06 15:46:08

bU MÜXBİR NƏ DEYİB BU MÜSAHİBƏNİ GÖTÜRÜB GÖRƏSƏN? ABİD ŞƏRİFOV HARA, GÜNÜN TƏLƏBLƏRİ HARA? BU XANIM NƏ İSTƏYİR GÖRƏSƏN ABİDDƏN? BUNUN ADI FÜRSƏTDƏN İSTİFADƏ EDİB YALTAQLANMAQLA NƏ İSƏ QOPARMAQ İSTƏYİDİR. AND OLSUN ALLAHA BU MÜXBİR HANSISA İŞİNİ AŞIRMAQ İSTƏYİR.YOXSA BU QOCA KİŞİ BUNUN YADINA DÜNYASINDA DÜŞMƏZDİ. YƏQİN İŞİ DÜŞDÜYÜ ADAM ABİD MÜƏLLİMİN QOHUMUDUR.MƏN FALÇI-ZAD DEYİLƏM. PROFESSİONAL OXUCUYAM. PROFESİONAL OXUCU YAZININ TƏBİƏTİNDƏN ONUN MÜƏLLİFİNİN NƏ DEMƏK İSTƏDİYİNİ DƏRHAL MÜƏYYƏN EDİR.

G M 2019-01-06 15:46:08

Abid vəzifə aşiqidir.Pul hərisliyinə sonradan tutuldu.Rəhmətlik R.Cvadov olmasaydı 1993-cü ildən karyerasına con qoyulmuşdu.SSRİ-nin müqaviləsiylə Türkiyədə işləyirdi.SSRİ dağılanda işsiz qalmışdı.Cavadovun təyziqiylə Bakıda köhnə işinə ``Aztransdorstroya`` sədr təyin edildi.Az sonra məlum məsələlərdən sonra müammalı şəkildə NK-nə aparıldı və ``fəailiyyətinin `` mükafatını aldı.O Allahdan başqa hər şeydən ehtiat edir.

vətəndaş 2019-01-06 15:46:08

Abid Şərifov vəzifədən uzaqlaşsada,qohum-qardaşları yüksək vəzifə sahibidirlər ? Qardaşı oğlu əflatun şərifov Teleradio İB-nin Baş direktorudur,bir qardaşı oğlu sərdar şərifov Şəki Musiqi Kolleginin direktorudur,kürəkəni cəza kəçmə müəssisəsinin rəisisdir,oğlu 1-ci qrup əlil Beynəlxalq Bangının filialının müdiridir və s.. Özü vəzifədən uzaqlaşsada, qohum-qardaşları vəzifədədirlər..........................?

Bashirov Qarib 2019-01-06 15:46:08

Hər şeyi duz dedi,bircə qorxmaq barədə duz demədi.Qorxmaqla,alabala duz gəlmir.

Kamil 2019-01-06 15:46:08

Abid müəllim,23 ildə qazandıqlarını və özəlləşdirdiklərini heç ondan əvvəlki 30-40 ildə əldə edə bilməmisiniz.Bunu nə ilə izah edərdiniz.Əmlaklar,restoran,itirahət mərkəzi və s.

Sabir 2019-01-06 15:46:08

23 il bir vəzifədə yalnız analoqu olmayan ölkədə işləmək olar.

Uveys 2019-01-06 15:46:08

23 il eyni vezifede islemeyin teqdiri yoxdur. Hemun sahe demek ki 23 ilin 18 ilin dala dusub. Bizim gencler 2018 ci ilde xarici olkelerde siyasi partiyalarda mesul vezifeler tutdular.bizim olkede ise genclere yer yoxdur. Mutleq 70 yasdan yuxari olanlarin etaleti hokm surmelidir.

talış 2019-01-06 15:46:08

23 il bir yana kisidəki hünərə bax ki, rövşən çavadovun qudası oasan və 23 ildə vezifede oturasan..

Son yazılar