Bakıda sərnişin avtobusu qəzaya uğradı - 2 yaralı var

Yanvarın 6-da saat 17 radələrində Binəqədi-Balaxanı yolunda nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə zamanı 2 nəfər yaralanıb. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, Qazel markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108 B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub:

"Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. İlkin məlumata görə hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib".

M.Ağayevin sözlərinə görə, hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar