Rusiya Çilidə kosmik mərkəz açır - Digərlərini də modernləşdirir

«AzPolitia.info» Rusiya mənbələrinə istinadla xəbər verir ki, Rusiya Çilidə uzaq kosmik rabitə mərkəzi (UKRM) açmağıp lanlayır. Bu bardə Moskva Energetika İnstitutunun Xüsusi konstruktor bürosu (MEİ XKB) məlumat verib.

Çilidə açılacağı planlaşdırılan «Cənub» UKRM «Serro El-Roble» abservatoriyasının bazasında yaradılacaq.

Bu stansiya 1968-ci ildə sovet astronomlarının köməyi ilə açılıb. 1973-cü ildə Auqusto Pinoçetin hakimiyyətə gəlməsindən sonra, sovet mütəxəssisləri bu ölkəni tərk ediblər. 2014-cü ildə isə KİV-lər xəbər vermişdiər ki, Rusiya və Çili alimləri bu observatoriyada işlərin bərpa olunması barədə razılığa gəliblər.

MEİ XKB qeyd edir ki, bu mərkəzin uzaq kosmik aparatların idarə olunması sistemlərinin modernləşdirilməsi proqramı çərçivəsində açılması planlaşdırılır. Çilidə mərkəzin açılmasından əlavə, Kalyazindəki (Tver vilayəti), «Şkolnıy»dakı (Krım), «Ayı gölün»ndəki (Moskva vilayəti), Siklovskidəki (Amur vilayəti) və «Baykonur»dakı (Qazaxıstan) mərkəzlərin də modernləşdirilməsi nəzərdə tutulur.

Modernləşdirmə işlərinin 25 noyabr 2025-ci il il tarixinə qədər başa çatdırılması planlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar