Federal Təhqiqat Bürosu etiraf etdi - “Üz tanıma proqarmından istifadə edirik”

Dərc olunub: 06/01/2019 - 23:50

uz-tanimaABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) Amazon şirkətinin üz tanıma texnologiyası olan “Rekognition”dan istifadə etdiyini etiraf edib.

Eurasia Diary xarici mediaya istinadla xəbər verir ki, FTB bu texnologiyadan yalnız cinayətkarları tutmaq üçün istifadə etdiyini bildirib.

FTB-nin terrorla mübarizə şöbəsinin baş direktorunun müavini Christine Halvorsen “7 gün 24 saat fəaliyyət göstərən agent və analitiklərimiz var, amma işçilərimizin bir neçə həftəyə görə bildiyi işləri “Rekognition” 24 saata görə bilir” – deyib. Halvorsen FTB-nin terrorla mübarizə çərçivəsində Amazon-un daha bir neçə xidmətindən istifadə etdiyini qeyd edib.

Mütəxəssislər bu texnologiyanın ABŞ-ın bir çox dövlət orqanlarında istifadə edildiyini iddia ediblər. Amerika Vətəndaş Azadlıqları Birliyi isə şirkətdən bu məhsulun hüquq mühafizə orqanlarına satışını dayandırmağı tələb ediblər.








loading...


Fikrinizi bildirin