QABONDA SİLAHLI QİYAM - Həbs olunanlar var + VİDEO

Qabonda dövlət radiosunu ələ keçirərək dövlət çevrilişinə cəhd edən hərbçilər həbs olunublar. “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu hökumət sözçüsü, kommunikasiya naziri Guy Bertran Maponqu bildirib.

Onun sözlərinə görə, yaxın iki-üç saat ərzində ölkədə vəziyyət sabitləşdiriləcək.

Qabon ordusu dövlət radiostansiyanı ələ keçirən və milli bərpa şurası yaradıldığını elan edən hərbçiləri dəstəkləmir. Bu barədə RFI radiosunun Afrika şöbəsi Qabon Silahlı Qüvvələrindəki mənbəyə istinadla məlumat yayıb.

Bu gün səhər məlumat verilmişdi ki, bir qrup hərbçi Qabonun paytaxtı Librevildə radionu tutaraq ölkə prezidenti Əli Bonqo Ondimbanın hərəkətlərinin təəssüf doğurduğu və milli bərpa şurası yaradıldığı barədə bəyanat səsləndirib. Ordudakı mənbə bildirib ki, hakimiyyətə loyal qüvvələr ölkədə bütün strateji obyektləri nəzarətə götürüblər, radiostansiya isə mühasirəyə alınıb. Güc strukturları hələlik radionu ələ keçirən hərbçilərə qarşı qüvvə tətbiq etmir.

RFİ radiosunun məlumatına görə, Librevildə atəş səsləri eşidilib. Şəhərdə internet və sosial şəbəkələr bağlanıb, bir neçə rayona elektrik enerjisi verilmir.

* * *

Mərkəzi Afrikanın qərb sahillərində yerləşən Qabonda hərbçilər dövlət radiostansiyasına nəzarəti ələ keçirərək ölkə Prezidentinə etibarın tükənməsinə görə "Milli Bərpa Şurası"yaradıldığını açıqlayıblar. “Report” “BBC News”a istinadən xəbər verir ki, hərbçilər radioefirdə Qabonda demokratiyanın bərpa edilməsinin vaxtının yetişdiyini bildiriblər.

Qeyd olunur ki, paytaxt Librevilin küçələrində tanklar və hərbi avtomobillər hərəkər edir.

Əlavə edək ki, Qabona 2009-cu ildən bəri hakimiyyətdə olan Prezident Əli Bonqo Ondimba başçılıq edir. KİV-in məlumatına görə, o, ötən ilin oktyabr ayında insult keçirib və Mərakeşdə müalicə kursu keçib.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, prezidentə qarşı qiyam qaldırmış hərbçilər adından müraciəti radio ilə leytenant Ondo Obianq Kelli oxuyub. O, Əli Bonqonun Yeni il müraciətindən məyus olduqlarını bildirib və prezidentin çıxışını “hakimiyyəti nə yolla olursa olsun, saxlamağa yönəlmiş miskin tamaşa” adlandırıb.

59 yaşlı Əli Bonqo 2009-cu ildən ölkəyə rəhbərlik edir. 2016-cı ildə ikinci müddətə prezident seçilib, müxalifət seçkilərin nəticələrini tanımayıb. Ondan əvvəl isə Qabona 42 il ərzində Əli Bonqonun atası Ömər Bonqo rəhbərlik edib.

Ötən il oktyabrın 24-də Əli Bonqo insult keçirib və Mərakeşdə müalicə olunub.Prezidentin uzun müddət ölkədə olmaması konstitusiya böhranı yaradıb. Nəhayət Əli Bonqonun sağaldığını və ölkəyə qayıtdığını elan ediblər.

Dekabrın 31-də prezident nəhayət televiziya ilə xalqa müraciət edib, çıxışında bildirib ki, insult keçirsə də tam sağalıb və ölkəni idarə etmək qabiliyyətindədir. Lakin Əli Bonqonun çıxışı zamanı sözləri düzgün tələffüz edə bilmədiyi, sağ əlinin işləmədiyi diqqətlərdən yayınmayıb.

635x100

Şərhlər

G M 2019-01-07 14:10:54

Düz eləmiyiblər də gözləsinlər Kresloda canı çıxsın.Sonra Mazahir mallım gedib onlara yaxçı bir prizdentt seçib gələr.

Son yazılar