MDB-də YALNIZ TACİKİSTANDAN ÖNDƏYİK... -  Ekspert daha bir biabırçı faktı açıqladı

Əhalinin 30%-dən çoxu pensiya yaşına çatmamış dünyasını dəyişir

"Azərbaycanda gözlənilən pensiya müddəti 7,5 ildir. Bu göstəriciyə görə MDB məkanında yalnız Tacikistan bizdən geri qalır". Bu fikirləri iqtisadçı-ekspeert Qubad İbadoğlu öz “facebook” səhifəsindən paylaşdığı yazıda vurğulayıb.

"AzPolitika.info"nun məlumatına görə,  ekspert qeyd edib ki, Azərbaycanda problem yalnız pensiya yaşına çatmadan əhalinin 30 faizindən çoxunun vəfat etməsi deyil, həm də pensiya çıxandan sonra gözlənilən pensiya müddətinin az olması ilə bağlıdır: "Bu göstərici Azərbaycanda 7,5 ildir, MDB məkanında yalnız Tacikistan bizdən geri qalır, Belarus isə 14 illə irəlidə gedir. (Daha ətrafli məlumat üçün şərh bölməsində cədvələ baxın). Məlumat üçün qeyd edim ki, gözlənilən pensiya ödənişi müddəti İsveçrədə 18 il, Yaponiyada 17 il, Fransada isə 16 ildir. 

Rəsmi açıqlamalara görə, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir. Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub.

Pensiya sahəsində digər bir problem, Azərbaycanda vəfat edənlərin 30,72 faizi pensiya yaşına (60 yaşa) çatmamış dünyasını dəyişməsi ilə bağlıdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə bu göstərici kişilər arasında 38,27 faiz, qadınlar arasında 22,11 faiz, kənd yerlərində 27,41 faiz,  şəhərdə 33,47 faiz olub.

Hesablamalar göstərir ki, pensiya yaşı 65-ə çatanda Azərbaycan əhalisinin hər 5 nəfərindən 2-i təqaüd almadan dünyasını dəyişəcək".

  AzPolitika.info

635x100

Şərhlər

hellas 2019-01-07 14:00:40

Qubad müəllim, çox sağ olıun ki, məmurların xalqa düşmənçilik mövqeyində durmağını dəqiq və tutalı adaşdırmalarınız ilə təkzibedilməz surətdə qoyursiniz. Allah Sizi qorusun!!

EJDER 2019-01-07 14:00:40

HESAB EDIREM KI,MILLETI ALLADIB BU GUNE QOYANLARIN ATABATASINA LEHNET OLSUN...MUTLEQ PIS GUNE QALACAQLAR...SULEYMANA QALMAYAN DUNYA KIME QALACAQ,BIR DUWUNUN ,AY INSAFSIZLAR

Qərbi Azərisтar 2019-01-07 14:00:40

Dogru və Əcəb gosтərgidir! Sən demə, DQMV və əтrafında dinc(mülki) аzərbaуcanlıların hərbi genosidini mühakimə eтməуən və 10 dəfə çox büdcəуə malik "тoleranт" dovləтin hər fürsəтdə "тəcriddə aclıgı"na rahaтsızlıq ifadə eтdiуi Haуsтan əhalisi daha уüksək maaş və pensiуa alırmış və ("asudə Qarabag" kimi) daha uzun omür də sürürmüş?

Ağsaqqal 2019-01-07 14:00:40

Görəsən Vüqar müəllim Bayramlı bu yazı barədə nə fikirdədir ?

analitik 2019-01-07 14:00:40

Tacikstanda da bayrağın sapı çox uzundur...

turan 2019-01-07 14:00:40

Bəs deyirdilər analoqumuz yoxdur..var axı Tacikistan..

BABAYEVA ASYA EHMEDELI Qi 2019-01-07 14:00:40

gorasan bizim dahi igtisadcilarimiz samadzada muslumov sarifov pensiya islahati kecirarkan hasi gostaricilardan istifada ediblar onlar bilmirlar ki ahalinin 90 ci ildan bu tarafa 70 faizinin sigorta staci yoxdur

Son yazılar