Pensiyalar 4-7 manat artacaq

Bu gün Əmək və əhalinin sosial müdafiəsi naziri açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər. İqtisadçı- ekspert Qubad İbadoğlu bununla bağlı sosial şəbəkədə şərh yazıb.

Ekspert öncə yazıb ki, Dövlət Statistika Komitəsindən gözlənilən rəqəm nominal əmək haqqının orta illik artım tempi göstəricisidir: "Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında nominal əmək haqqının orta illik artım tempi 2,8 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 3 faizi ötməyəcək. Belə olan halda da pensiyalar ötən ilki nominal əmək haqqının orta artım tempinə uyğun indeksləşdiriləcək. Yəni, səxavətli hakimiyyətimizin sosial qayğısı ilə pensiyası 130 manat olanlar üçün 3 manat 90 qəpik, 150 manat olanlar üçün artım 4 manat 50 qəpik, 180 manat olanlar üçün artım 5 manat 40 qəpik, 200 manat olanlar üçün artım 6 manat, 220 manat olanlar üçün artım 6 manat 60 qəpik, 250 manat olanlar üçün artım 7 manat 50 qəpik artım gözlənilir. Hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq nominal əmək haqqındakı artım faizini, 3 faizi əlavə edərək bu aydan alacağı pensiyanın yeni məbləğini hesablaya bilər.  Hesablamalar göstərir ki, aylıq artımla pensiyaçılar 1 ay ərzində 300-500 qram yerli mal əti və ya 200-300 qram xarici Zellandiya mənşəli kərə yağı ala biləcəklər. ".

Q.İbadoğlu həmçinin xatırladıb ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir: "Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub".

635x100

Şərhlər

Sevgi 2019-01-07 23:48:16

Deqiq melumadi ??

Mahir Əliyev 2019-01-07 23:48:16

Səlim Müslümovu yerinə qaytarmaq lazımdı.Təzə nazir lap qatıqlayır.İlk gündən cibini güdür.

Məhbub Əliyev 2019-01-07 23:48:16

Bu rəqəmlər kimlər üçündür, qəpiklərini sayan pensiyaçılar üçün, yoxsa onları bu günə salanlara aiddir...

Pensiyaçı 2019-01-07 23:48:16

Unun qiyməti 10 %.kartof və digər kənd təsərrüfat məhsullarının qiyməti 15-20 %,dərman vasitələri və kommunal və digər xərclərin bundan da artıq artdığı təqdirdə pensiyaların 2.7 % artımı ( 4-7 manat) artımı onsuz da zillətdə yaşayan normal pensiyaçılara həqarət deyilmi? əhalini qruplara bölüb,ayrı seçkilik yaradıb müxtəlif ölçüdə pensiya təyin etmək ,insanları siniflərə bölmək hansı ölkə qanunlarında mövcuddur.Sanki digər pensiyaçılar dövlətə qulluq etməyib.Millətin nə zaman hüquqları qorunacaq?

EJDER 2019-01-07 23:48:16

DEYİRLƏR KI,BUDCEMIZ SOSIALYONUMLUDU,HEMIWEKIKIMI...

yusif-1313 2019-01-07 23:48:16

Azərbaycan xalqinin 1.2 milyonluq pensionerlərini iqtidarin belə ciddi addimina görə təbrik edirik.

Sahib-pensiyaçı 2019-01-07 23:48:16

Başlarına dəysin! Utanmırlar?

Pensiyaçı 2019-01-07 23:48:16

Utanmırlar? 1 kq.ətin qiyməti 3 mnat ( 30 % ) artır, dgər sahələrdə artım 15-30%-dir.Bunlar 30 günə 5-6 manat verdikləri mizer pensiyan ıartırılar.Bu milləti ələ salmaq deyil,bəs nədir!lənət olsun1

t.ədalət 2019-01-07 23:48:16

Qiymət artımı isə 50 faiznən hesablanır.Nəqliyyatda gediş haqqı adambaşına 0,8 qəpiyi keçmir.Dizel mühərrikli avtobuslarda maya dəyəri xərcləri xeyli aşağıdır.Pensiyanı artıranlar, məgər anlamırlar ki,bu cüzi artım heç 3 günün nəqliyyatda gediş pulu deyil.Ərzaq və digər ehtiyac üçün ödəniləcək pulun hesabı gizlədilir.Əhaliyə bu qədər biganəlik göstərmək olmaz.

Pensiyaçı 2019-01-07 23:48:16

Bu artəm faizini təsdiq edən adamların ölkədəki qiymət artımından, səhiyyə,dərman,kommunal xərclərin artımından xəbərləri varmı? Niyə ömrünün 35-50 ilini işləyib ölkəyə xidmət edən pensiyaçıları bu günə salırlar? Heç utanıb xəcalət çəkmirlər? Heç artım barədə danışmasalar və etməsələr bundan yaxşı olardı.İnsanları ələ salmaq mədəniyyətsizlik deyilmi?

Son yazılar