Bakıda sürücülərə parkinq şoku - Qiymətlər düz 2 dəfə qaldırıldı

Bakı şəhərində parkinqlərdə qiymət artırılıb. BakuPost-un əldə etdiyi məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinin ixtiyarına verilmiş parkinqlərdə bu ildən qiymətlər iki dəfə artırılıb.

Məsələn, Bakıda Qış Parkında yerləşən parkinqdə bir avtomobil üçün aylıq abunə haqqı 30 manatdan 60 manata qaldırılıb. Hökumət Evi yaxınlığında isə parkinqdə aylıq abunə haqqı artıq 40 manat deyil, 80 manatdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin münasibətini öyrənmək mümkün olmayıb.

Sürücülər artıq sosial şəbəkələrdə "üsyan” etməyə başlayıblar. Müxtəlif qruplarda bu barədə yazan sürücülər, BNA-nın bu qərarını heç nə ilə izah etmədiyini bildirirlər.

635x100

Şərhlər

buzlaq 2019-01-08 10:39:04

Bir lətifə deyim qulaq asın: Həmişə ölülərin kəfənini soyan bir kişinin ölüm vaxtı yazınlaşır və o öz-özünə deyir ki, heç kim mənə rəhmət oxumayaraq, lənətləyəcəklər. Oğlu deyir ki, ata sən ölməyində ol, hamı sənə rəhmət oxuyacaq. Kişi ölür. Oğlu onun yerini tutur və kəfəni götürdükdükdən sonra meyitə hələ bir paz da çalırmış. Bu mənzərəni görənlər atasına rəhmət oxuyaraq deyirlərmiş ki, kişi ancaq kəfən soyurdu!!!!

Filosof 2019-01-08 10:39:04

Teqaudler 4 manat qalxanda bilmirdiniz ki parkinq 100 faiz qalxacaq

memmedhesen 2019-01-08 10:39:04

BNA hec bir isi bacarmir ancaq neter artiq pul qazanim derdindedi. eger parkinqlerin pulunu qaldiriblarsa odediyim her artirilan mebleg haram olub burunlarindan tokulsun

Son yazılar