Qarabağ İcmasının yeni İdarə Heyəti məlum oldu - Üzvlər dəyişdi + SİYAHI

Bir müddət öncə “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinə yeni sədr və müavinlər seçildi. Modern.az-ın da xəbər verdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayında Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev qurumun yeni sədri, Asif Cahangirovla, Elçin Əhmədovu isə sədr müavinləri oldular. Qurultaydan bbir aya yaxın vaxt ötməsinə baxmayaraq, İcmanın İdarə Heyətinin yeni üzvlərinin sihyahısı açıqlanmamışdı. Nəhayəıt buna da aydınlıq gətirildi.

Modern.az saytı “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin yeni üzvlərinin siyahısını əldə edib.

İcmanın hazırkı İdarə Heyətində 23 üzv təmsil olunur. Vəfat etmiş keçmiş üzvlər Vahid Səfixanov, İlyas Həsənov, Cəlal Allahverdiyevin yerinə yeni simalar seçilib.

Onlardan başqa Vaqif Fərzəliyev, Həvva Məmmədova, Abbas Məlik-Yeqanov, Ramiq Məhərrəmov,  Cavid Əliyev,  Məhəmmədli Bayramov, Mehdi Abdullayev, Mehdi Mehdiyev, Şaban Qurbanov da İdarə Heyətinə üzvlükdən azad ediliblər.

Modern.az “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətindəki yeni üzvlərin siyahısını təqdim edir:

S/s

Soyadı, adı, atasının adı

Təvəllüdü, doğulduğu yer

 

Yaşayış yeri

 

İş yeri və vəzifəsi

Qeyd

1.

Gəncəliyev Tural Babaşah oğlu

 

1980, Şuşa şəhəri Bakı şəhəri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq Hüquq və müqavilələr  idarəsində birinci katib İdarə Heyətinin sədri

2.

Cahangirov Asif Əbülfət oğlu 1958, Ağcabədi rayonu Bakı şəhəri 2018-ci ilədək Vergilər Nazirliyinin aparatının rəhbəri, Departament rəhbərinin müavini İdarə Heyəti sədrinin müavini - İctimai Birliyin fəaliyyətinin əlaqələndiricisi

 3.

Əhmədov Elçin İldırım oğlu 1967, Şuşa şəhəri Bakı şəhəri AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru İdarə Heyəti sədrinin müavini

 4.

Səfərov Bayram Əsəd oğlu 1951, Şuşa şəhəri Bakı şəhəri Şuşa Rayon Icra Hakimiyyətinin  başçısı

5.

Bədəlbəyli Fərhad Şəmsi oğlu 1947, Bakı şəhəri Bakı şəhəri Bakı Musiqi Akademiyasının rektoru, professor

6.

Rzayev Rövşən Şükür oğlu 1962, Bakı şəhəri Bakı şəhəri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

 7.

Abdullayev Kamal Mehdi oğlu 1950, Bakı şəhəri Bakı şəhəri Azərbaycan Dövlət Dillər Universitetinin rektoru, akademik

8.

Polad Bülbül oğlu 1945, Bakı şəhəri Moskva şəhəri Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri

9.

Adıgözəlzadə Murad Zöhrab oğlu 1973, Bakı şəhəri Bakı şəhəri Azərbaycan Dövlət Filarmoniyasının direktoru

10.

Usubov Şahmar Şahhüseyn oğlu 1953, Xocalı kəndi Goranboy rayonu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı

11.

Məmmədov Elman Camal oğlu 1950, Xocalı kəndi Bakı şəhəri Azərbaycan Respublikası Milli Məclisinin deputatı

12.

Bağırov Elməddin Mirzə oğlu 1981, Xocalı kəndi Goranboy şəhəri Xocalı rayon Gənclər və İdman idarəsinin rəisi

13.

Hüseynova Samirə Bakir qızı 1979, Xocalı kəndi Bakı şəhəri Xocalı şəhər 2 saylı tam orta məktəbinin müəllimi

14.

Ağayeva Dürdanə Allahverdi qızı 1972, Xocalı kəndi Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi rabitə şöbəsində  rabitəçi

15.

Ələkbərov Ceyhun Vəkil oğlu 1976, Xocalı kəndi Bakı şəhəri Efiopiyanın Azərbaycanda fəxri konsulu, iş adamı

 16.

Quliyev Qalib Bəyməmməd oğlu 1986, Xocalı kəndi Gəncə şəhəri “Xocalının səsi” qəzetinin baş redaktoru

 17.

Hüseynov Eyvaz Mövsüm oğlu 1959, Xocavənd rayonu Beyləqan rayonu Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı

18.

Əliyev Ceyhun Şəfahət oğlu 1975, Xocavənd rayonu Kuropatkin kəndi Bakı şəhəri “PROSYS” (kompüter proqramlaşdırması) MMC-nin baş meneceri

19.

Cəfərov Fuad Fazil oğlu 1985, Xocavənd rayonu Bakı şəhəri “PAŞA Bank” ASC-nin eksperti

20.

Mövsümlü Nigar İlyas qızı 1998, Bakı şəhəri Bakı şəhəri “Unilever” istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdir müavini

21.

Qasımova Flora Qasım qızı 1947, Xankəndi şəhəri Bakı şəhəri Azərbaycan Respublikası Milli Məclisinin deputatı

22.

Vəliyeva Xatirə Yusif qızı 1965, Xankəndi şəhəri Bakı şəhəri Bakı şəhəri Tibbi Bədən Tərbiyəsi Dispanserinin həkim-laborantı

23.

Qafarov Ramiz Yapon oğlu 1961, Ağdərə rayonu Bərdə rayonu Ağdam RİH başçısının Yeni Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması 1992-ci il martın 24-də ATƏM-in (ATƏT) Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılıb. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilib Bu mənada Dağlıq Qarabağın Azərbaycanlı İcması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak edib.

2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayı keçirilib. Həmin qurultayda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri və icmanın rəhbəri seçilib.

20 dekabr 2018-ci il tarixində qurumun II Qurultayı keçirilib, yeni sədr, müavinlər və İdarə Heyərti seçilib.

İcma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır.

İcmanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.

635x100

Şərhlər

Adıl 2019-01-08 12:39:15

Mene çatmır ey, öz torpaqlarımızda niye icma halında olmalıyıq? Bu ne icmadır bele?

Qarabaölı 2019-01-08 12:39:15

Əgər bu qurum QArabağ icmasını qurumuduesa,Bakı şəhərində anadan olalar o quruma necə üzv yazılırlar? Burada da hər yerdəki kimi fiksiya daxildir.Bu məsələ şübhəlidir.Elə ona görə də bu qurumun işi görünmür.Arada şpionlar var.

Son yazılar