ƏRDOĞAN TRAMPIN MÜŞAVİRİNİ QƏBUL ETMƏDİ - "Bu, ən alçaq iftiradır" + VİDEO

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidentinin mili təhlükəsizlik məsələlər üzrə müşaviri Con Boltonun təklifini qəbul etməyib”. “Yeniakit”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

"AzPolitika.info"nun məlumatına görə, o bildirib ki, buna səbəb onun Türkiyəyə səfərdən əvvəl verdiyi açıqlama olub.

Xatırladaq ki, Bolton iki gün əvvəl İsraildə olarkən ABŞ qoşunlarının Suriyadan çəkilməsi ilə bağlı Türkiyəyə ultimatum göndərib. Onun sözlərinə görə, amerikalı hərbçilər Suriyanı Suriya kürdlərinin təhlükəsizliyi müdafiə olunduqdan sonra tərk edəcəklər. Boltonun sözlərinə görə, ABŞ Türkiyədən zəmanət gözləyir ki, ABŞ-ın müttəfiqi, kürdləri təhlükə gözləməyəcək.

O, həmçinin qeyd edib ki, Türkiyənin Suriyada istənilən hərbi əməliyyatı Vaşinqton ilə razılaşdırılmalıdır.

Con Bolton  Ankarada İbarhim Kalın, Türkiyə xarici işlər nazirinin müavini, MİT başçısının müavini ilə görüşüb.

Rəcəb Tayyib Ərdoğan görüşdən imtina etdikdən sonra Con Bolton ölkəsinə qayıdıb.

Rəcəb Tayyib Ərdoğan C.Boltonun açıqlamasına cavab olaraq deyib: “Boltonun mesajını udmağımız mümkün deyil. Bizim üçün YPG, PKK, PYD ilə İŞİD arasında heç bir fərq yoxdur. Terrorçulardan başqa indiyədək hansı kürd öldürülüb? Hazırda Suriyanın Kobani bölgəsindən olan 200 min kürd Türkiyəyə sığınıb. Suriyada türklərin kürdləri hədəfə alması ən alçaq, ən çirkin, ən şərəfsiz iftiradır. PKK/YPG-PYD-nin İŞİD-ə qarşı mübarizə apardığı da ağ yalanlardandır. İŞİD-lə PKK/YPG-PYD terrorçu qruplaşmaları arasında münaqişə mənfəət uğrunda baş verir”.

"Boltonun İsraildən verdiyi mesajı qəbul etməyimiz mümkün deyil. Bunlar bu ölkədə mənim kürd vətəndaşlarım kimdir, YPG/PKK kimdir tanımırlar. PKK/PYD terror təşkilatı heç bir zaman kürd qardaşlarımı təmsil edə bilməz. Bolton çox ciddi bir səhv etmişdir, güzəşt etmərik"- deyə Ərdoğan bildirib.

TBMM-də jurnalistlərin suallarına cavab verən Ərdoğan Boltonla niyə görüşmədiyini də açıqlayıb:  "Boltonun muhatabıı İbrahim Kalındı. Zərurət larsa görüşəcəkdik, amma  olmadı."

Ərdoğan bu səfərinin ardından ABŞ prezidenti Tramp ilə hər an telefon görüşməsi gerçekleşdirə biləcəyini də söyləyib.

"Əməliiyatlar nə zaman başlayacaq" sualını isə Ərdoğan " Hər an ola bilər. Bu səfərdən sonra qısa zamanda hərəkətə keçə bilərik" deyə cavablandırıb. 

AzPolitika.info

635x100

Şərhlər

azad 2019-01-08 15:26:35

türk dünyasını lideri dayağ müsəlmanların fəxri dünyayaya cox az ğələn liderlərdən biri ərdoğan allah onu qorusun.

esger 2019-01-08 15:26:35

Axir ki Hormetli Turkiye prezedenti olkenin musteqil siyasetinin aparilmasina start verdi

Veteran 2019-01-08 15:26:35

Halal olsun! Bawqa cur ola da bilmezdi. ABS-in apardigi bugunku "siyasetin" bir adi var, "fahiwelik"!

G M 2019-01-08 15:26:35

Allah Türkiyəni qorusun..Türkləri igilis-rus-fars hiyləsindən qorusun.

patriot 2019-01-08 15:26:35

HALAL olsun sənə dünya müsəlmanlarinin LİDERİ ERDOĞAN

Köhnə azərbaycanlı 2019-01-08 15:26:35

"Yol ver Türkün Bayrağına".ALLAH Ərdoğanı qorusun, həqiqətən adına layiqdir.O boyda ABŞ qarşısında əyilmir.Bəli özünə hörmət etməyənə heç kim hörmət etməz deyiblər.Doğurdanda XXI əsr türk əsri olacaq.ALLAH türk millətini qorusun, biz Sizinlə qürur duyuruq əziz qardaşlarımız.Hərçənd düşdüyümüz vəziyyətə görə özüm-özümdən utanıram ki, dılğır ermənin və onun havadarı rusun qarşısında aciz qalmışıq.Aciz adamın da həmişə bəhanəsi var, LAZIM gəlsə... Lakin "rus lazımın gəlməsinə imkan vermir".Lazım da daha bizdən küsüb ey...

Son yazılar