“Moskvada öldürülən azərbaycanlının işi nəzarətdə saxlanılır”-DİN

Moskva sakini Yegor Şerbakovun Biryulovo rayonunda qətlindən sonra hər iki ölkə arasında vəziyyət gərginləşib. Yegor Şerbakovun öldürülməsindən sonra, oktyabrın 16-da Moskvanın İzmaylovo rayonunda Azərbaycan vətəndaşı olan Ruslan Qaraxanlı qətlə yetirilib. Moskva polisinin məlumatına görə, onun meyiti çoxsaylı bıcaq yarası ilə İzmaylovo rayonunda-ticarət mərkəzinin yanındakı dayanacaqda aşkar edilib. Faktla bağlı cinayət işi açılıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Modern.az-a bildirib ki, cinayət Rusiya Federasiyasında törədildiyindən onun istintaq əməliyyatını Moskvanın hüquq-mühafizə orqanları aparır. DİN rəsmisinin sözlərinə görə, buna baxmayaraq Rusiadakı Azərbaycan səfirliyi, Daxili İşlər Nazirliyinin Moskvadakı nümayəndəsi məsələni daim nəzarətdə saxlayır və işin nə yerdə olması ilə maraqlanırlar.

“Azərbaycanın Rusiadakı səfirliyi və Daxili İşlər Nazirliyinin Moskvadakı nümayəndəsi işlə bağlı Rusiyanın hüquq-mühafizə orqanları ilə əlaqə saxlayırlar. Cinayətin üsütünün tezliklə açılması üçün onlara yeri gələndə köməklik də edirlər”, - Ehsan Zahidov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar