Bakıda gənc oğlan "McDonald's"ın binasına çıxaraq intihar etmək istədi - VİDEO (Yenilənib)

Bakının Nizami rayonu ərazisində gənc oğlan intihara cəhd edib.

Musavat.com-un məlumatına görə, tanıyanların Mosu deyə xitab etdiyi şəxs qeyd olunan ərazidə balıq ticarəti ilə məşğul olur və içkili olması şübhəsi var. Onun hansısa tələbləri haqda məlumat yoxdur.

Mosu davamlı və rabitəsiz söyüş söyür. Polis onu binanın damından endirmək üçün dilə tutur. Lakin Mosu ləqəbli şəxs bildirir ki, onun balıq satışına mane olan "polka" götürülməsə, binadan aşağı enməyəcək.

Mosu "Vosmoy" bazarında işləyir. O, bir dəfə də intihar etmək üçün "Lotos" ticarət mərkəzinin üstünə çıxıbmış.

Danışıqlardan sonra Mosunu damdan endirmək mümkün olub. Onu, polis maşınına mindirərək, polis bölməsinə aparıblar.

***

“Report” hadisə şahidlərinə istinadla xəbər verir ki, gənc oğlan "Neftçilər" metrostansiyası yaxınlığında "McDonald's"ın da yerləşdiyi binanın damına çıxaraq özünü aşağı atmaq istəyir.

Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar