“ABŞ-ı Qafqaz bölgəsində Qarabağdan çox İran maraqlandırır” - Riçard Kozlariç

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, hazırda Corc Meyson Universitetinin professoru olan Riçard Kozlariç Ermənistanın 1-ci informasiya saytına müsahibə verib.

Keçmiş səfir Kozlariç 2018-ci ilin iki gözlənilməz hadisə ilə müşayiət olunduğunu deyib: “Bunlardan biri tərəflərin artan hərbi ritorikasına rəğmən silahlı toqquşmaların irimiqyaslı müharibəyə çevrilməməsi ilə bağlıdır. İkincisi isə Ermənistanda baş verən siyasi dəyişiklikdir. Bu isə Azərbaycan və Ermənistan arasında ciddi danışıqlar üçün imkanların yaranması deməkdir”.

Kozlariç bəhs olunan hadisələrin münaqişənin nizamlanmasına təsir göstərib-göstərməyəcəyi ilə bağlı suala cavab verməyin çətin olduğunu ifadə edib. Onu sözlərinə görə, Rusiyanın hər iki tərəfi silahlandırmaqda davam etməsi “ehtiyatsız toqquşmalar” təhlükəsini artırır.

Bu səbəbdən də tərəflərin bir qədər yumşalmasına rəğmən Kozlariç hələ də pessimist hisslər daşıdığını ifadə edib: “Mənim ən böyük təlaşım ABŞ-ın indiki rəhbərliyinin İranla əlaqədar apardığı qeyri-müəyyən siyasət ilə bağlıdır. Hesab edirəm ki, Con Boltonun Cənubi Qafqaz ziyarətinin əsl səbəbi də ABŞ-ın İrana qarşı mövqelərinin gücləndirilməsi niyyəti olub. Əgər, bu, belədirsə ABŞ-ın Azərbaycan və Ermənistana diqqəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından çox İran problemindən irəli gəlir”.

Musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar