OQTAY ŞİRƏLİYEVDƏN YENİ NAZİRƏ İTTİHAM - "Qeyri-obyektiv yanaşması nəticəsində ..."

“Bu il əlilliklə bağlı problemlərin, narazılıqların aradan qaldırılması üçün işlər görülüb, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin birgə komissiyası yaradılıb, araşdırmalar aparılıb”.

“Report” xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir bunun çox vacib məsələ olduğunu bildirib: “Doğrudur, səhiyyə işçilərində də müəyyən problemlər var. Amma, təxminən, 50 faiz Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib. Biz bunları araşdırmışıq və o nazirliyə müraciət etmişik”.

O.Şirəliyev əlavə edib ki, bir neçə il əvvələ qədər Avropa ölkələri arasında Azərbaycan dərmana davamlı vərəmlə bağlı birinci yerdə idi: “Son nəticələrə görə indi bu göstəricilər həm ilkin, həm də təkrar xəstələnmələr 2 dəfə azalıb. Vərəmlə xəstələnmə göstəricisi isə 53,7-dən 39,8-ə düşüb”.

Nazir eyni zamanda, epidemioloji sabitliyin hər bir ölkə üçün vacib olduğunu, yoluxucu xəstəliklər, idarə olunan infeksiyalar sahəsində Azərbaycanda böyük nailiyyətlər qazanıldığını deyib: “Uşaqlar 11 adda vaksinlə dövlət tərəfindən təmin edilib”.

Şərhlər

seymur 2019-01-09 10:51:11

pensioner 69 yashli oqtay shireliyev qorxur ki Sahil Babayeve onun nazirliyini birlrshdirib yeni nazirlik yaradar Prezident melum yeni cavan kadr kimi Babayevin ustunluyu var ozu ise korupsiya menbeyidit

mehdi 2019-01-09 10:51:11

2017 pensiya kalkulyatorunu düzəldə bilmirlər. 2017 nin pullarini hələ sistemə vurmayiblar. basa düsən düsdü

Nadirə cavab 2019-01-09 10:51:11

Münhauzen yel dəyirmanı ilə savaş etdi.Nə oldu? Sənin arxanda duranın olsa idi heç kimə müraciət etmədən həm vəzifən olardı,həm də oğurluq pulların.Babayevin isə həm arxasında duranı var,həm də pulu.Özünü incitmə! Bura analoqu olmayan ölkəyə çevrilib.Yoxsa ondan nazir olardı?f

EJDER 2019-01-09 10:51:11

HESAB EDIREM KI,BELE ANALOQU OLMAYAN HOKUMETIN BELE ANALOQU OLMAYAN NAZIRLERI OLMALIDI...AZERBAYCANDA NAMUSLA IWLEYIB VE IWLEYEN NAZIR,MEMUR YOXDUR ,OLMAYIB ,OLMAYACAQDA...OLSAYDI GINNESIN REKORDLAR KITABINA DUWECEKLER...20-30 IL NAZIR OLUR.KORRUPSIYA NECE OLUR.QOHUM EQRABA,QUDALAR HOKUMETIDI,LUKAWENKO CANI...O,NAZIR IWIQ MUWARIBESINDE YALAN DANIWIRDI,HA HA HA ,MILLETIN QABAQINDA....KINODA KI, KIMI RZA KIMI QOHUMUN BAWINA DAW DUWSUN...ELGEREZ BIR GUW

Azərbaycan vətəndaşı 2019-01-09 10:51:11

Bütün xəstəxanalarda rüşvət baş alıb gedir.Sən hara baxırsan Oktay Şirəliyev.Topçubaşov adına Elmi Cərrahi Mərkəzdə Onkoloji Xəstələri əməliyyat edib göndərirlər MOM-a kimya terapiya almağa.Nə üçün onkoloji xəstələrin orada əməliyyat olunmasını qadağan etmirsiniz.Bir əməliyyatı ən aşağısı 4-5 min manata edirlər.Bu nə dövlət xəstəxanalarıdı belə.Heç bir xəstəxanada rüşvətsiz nəsə elətdirmək mümkün deyil.Qazancımız sənin rəhbərlik etdiyin nazirliyə tabe olan xəstəxanalar tərəfindən əlimizdən alınır.

Nadir/ 2019-01-09 10:51:11

Bismillahir-Rəhmanir-Rəhim. Əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli S.Babayev 9 ayda kargüzarlıq nizam-intizam yarada bilməyibsə (xüsüsi ilə Elektron kargüzarlıq )?Nədən danışmaq olar? Əfsuslar olsun ki, İndə o şəxsi hikkəsinin əl kəçmir! “AzPolitika.info” saytınında yazılan şərhlərə heç saymır. Hətda bu saytda yazılanları, Cənab Sahil bəy hüquq fəlsəfə doktoru e-poçtla göndərdim ki, tədbir görsün nə fayda! Bu noqsanlar haqqında çox yazılmışdır. O nazir kimi təqaütçilərə və şəhid ailələrinə mənəvi işgəncələr vererən bir quruma çevrilib. Ə.Ə.S.M.N-ni gülünc vəziyyətə salıb. Ölkəmizi gözdən salırır! Bununla dememək istəyir ki, “get, kimə istəyirsən, şikayət elə” Bir məsəl var,”Burda mənəm “Bağdadda Kor xəlifə” ! Görəsən niyə nəticə çıxarmır? Bunu ürək ağrısı ilə yazıram.Mənə və mətbuatda yazlanlardan belə demək olar ki,bu nazirn vaxtında bu sahədə həll olunmayan məsələr artıb. Bu müəllim yenə də başa düşmür ki, belə savadsız fəaliyyəti ilə ölkəni nazirliyi uçuruma aparır.Bəzi məmurlar bəzən məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışırlar.Bu nazirdə yəni S.Babayev həmşə səsli-küylü mətbuat keçirməyi çox sevir.Hörmətli səhiyyə naziri deyir ki, 50 faiz Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib. Biz bunları araşdırmışıq və o nazirliyə müraciət etmişik”.Bu nə deməkdir? Ə.Ə.S.M.N-nin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib.Əvəzində minlərlə kasib təbəqələrə mənəvi işgəncələr verirlib.Dövlətdən narazı salıblar. Bu boyda sayqısızlıq olar?Özüdə mətbuatda vətəndaş məmunluğundan ağız dolusu danışır. “Ataların gözəl sözü var: “Özü özünə eləyənə el yığılsa edə bilməz”. Ilan qabığını dəyişər, xasiyyətini dəyişməz.Ehtimal yaranır ki,bu nazirlik tezlikə dağlacaq.VƏSSALAM!

Məğrur Bədəlsoy, Qarabağ əlili 2019-01-09 10:51:11

Əlilliyin təyin edilməsi tam olaraq korrupsiya meydanına çevrilib .Qarabağ əlilinin oğlu Hikmət İbrahimov hərbi xidmətdə olarkən ağır xəstəlikdən xidmətdən azad edilib. Lakin ona sığorta ödənişi verilməməsi üçün hərbi klinika xəstəliyin anadangəlmə ürək qüsuru olduğunu yazıb və hərbi qulluqçunun xidmətə gedərkən 3 həkim komissiyasını -Ağdam, Bakı və Biləcəri) sağlam olmasına inandırıb (??). Xətai rayonundakı 28 saylı poliklinika 2 il ƏƏSMN TSEK-ə forma -88 göndərməkdən imtina edib. İndi də poliklinikanın müdiri dəyişəndən sonra ƏƏSMN TSEK-i Qarabağ əlili, məcburi köçkün ailəsinin övladına qarşı "elektron dələduzluq"la əlillik dərəcəsi vermir. Xətai rayonu 7 saylı poliklinika da 10 ildən çox şəkər xəstəsi, 2-ci dərəcə ürək çatışmazlığı, tənəffüs çatmazlığı, vərəm dispanserində uçotda olan başqa bir Qarabağ əlili ailəsinin üzvünə ƏƏSMN TSEK-ə forma -88 göndərməkdən 1 ildir imtina edir. Bu xəstənin ürəyində 4 stend olmasına, şəkər, vərəm xəstəsi olmasına baxmayaraq, 7 saylı poliklinika heç uçota da götürməyib. Səhiyyə Nazirliyinə şikayətlər Bakı Baş Səhiyyə idarəsinə göndərilir, oradan da poliklinikanın özbaşınalığını müdafiə edirlər. Fikir verin, Bakı Baş Səhiyyə idarəsinin rəisi Nelli Veysova 04.01.2019 tarixli məktubunda yazıb ki, xəstə 6 ay fasiləsiz ambulator müalicədə -büllütendə olmadığından sənədləri göndərilə bilməz. Belə özbaşınalığı təsəvvür edə bilərsiniz? Oqtay Şirəliyev də deyir ki, suç 50-50-yədir. Ümumiyyətlə, bu poliklinikalar, səhiyyə idarələri nəyə lazımdır və nəyə görə dövlət büdcəsindən maliyyələşməlidir? Ən yaxşısı, Səhiyyə Nazirliyinin ləğv edilərək ƏƏSMN -ə birləşdirilməsidir.

Elli 2019-01-09 10:51:11

əlilliyi olan insanlara dərhal əlillik verilməlidir.çünki onlar cəmiyyətin bir üzvüdürlər. onlar da yaşamalıdırlar.həyatı onlara hamıya olduğu kimi ALLAH bəxş edib.

Abit 2019-01-09 10:51:11

Men hesab edirem en böyük günahkar sensen,nece ki,şeker,verem,xerçeng xestelerinin................camaat kor deyil

Fakt 2019-01-09 10:51:11

Kor kora kor deməsə bağrı çatlar.

Son yazılar