Qar yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 9-dan 10-na keçən gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 5-8, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 10-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlıq edir ki, yanvarın 9-u axşamdan 10-u gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

ETSN xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək əsən güclü şimal-qərb küləyinin yanvarın 10-da gecə və səhər arabir şiddətlənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 9-u axşamdan 10-u gündüzədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı gözlənilir.

635x100

Şərhlər

Bashirov Qarib 2019-01-09 13:29:45

Hanı qar.Xəbər başlıgı başqa,xəbər başqa.

Obyektiv 2019-01-09 13:29:45

Hech gor burda qardan bir soz getdi ki.. )) Movzunun bashligi (chox ekser hallarda) bir soz deyir, guya qar bash alib gedecek.. oxuyanda ise bashqa melumat..! Baki uzun iLLerdi norm. qar havasina hesretdir, ona gere de virus, infeksiyalar da bash alib gedir.. (

Son yazılar