ƏRƏBLƏR ÜÇÜN SADƏLƏŞMİŞ VİZA LƏĞV EDİLİB! - Bakının hotelləri boşalıb

Ötən ilin ortalarından başlayaraq Azərbaycana xaricdən gələn turistlərin sayında kəskin azalma müşahidə olunur.

Bu barədə Fed.az-a bu sektordakı mənbələr bildirib.

Turizm eksperti Firdovsi Xəlilov bildirib ki, bir neçə il əvvəl – 2015-2016-cı illərlə müqayisədə ölkəmizə xüsusilə İran və İraqdan gələn turistlərin sayında ciddi azalma var: “2015-16-cı ilin yanvarında artıq hotellərimiz mart ayına, Norvuz bayramı üçün dolu olurdu, boş yer tapmaq mümkün deyildi. Bu tendensiya özünü müəyyən qədər 2017-ci ildə də göstərdi. Amma indi vəziyyət dəyişib”.

Ekspertin sözlərinə görə, turizm axınının böyük hisəsini iranlı turistlər təşkil edirdi, onların həm sayı çox idi, həm də yüksək və orta qiymətli hotellərdə yaşayırdılar: “İranlılar 4-5 ulduzlu, 150-160 dollarlıq otellərə üz tuturdular, bir hissə isə daha aşağı seqment sayılan 40-50 dollarlıq hotellərdə qalırdılar”.

İndi isə vəziyyət dəyişib. Yanvar ayı olmasına baxmayaraq Novruz bayramı üçün hotellərin heç də hamısı tutulmayıb: “Turistlərin sayı 70-80% daha azdır. Hətta 40-50 dollarlıq hotellər də boşdur”. Ekspetin sözlərinə görə, hazırda Azərbaycana gələn ərəb turistlərinin əksəriyəti Birləşmiş Ərəb Əmirliklərindən və Səudiyyə Ərəbistanından gəlir: “Amma Dubaydan gələnləri biz “28 Mall” və ya “Gənclik Mall”la təəccübləndirə bilmərik, onlar bu məsələlərin ən yaxşılarını görüblər”.

F.Xəlilov bildirib ki, İran turistlərinin azalmasının səbəbi son bir ildə İranda baş verən kasıblaşma olub: “Son il ərzində İran valyutası 4 dəfə dəyər itirib. İranda 100 dollar 27 min tüməndən 110 min tümənə yüksəlib. Nəticədə iranlı ailələrin imkanları məhdudlaşıb, yəni turizmə xərclədiyi pullar da azalıb”. Ekspert deyir ki, hazırda iranlılar Azərbaycan vətəndaşlarının 2-3 il əvvəl yaşadıqlarını yaşayırlar: “Onların nə hiss etdiyini biz də başa düşə bilərik. 2015-ci ilədək bizdə xaricdə səyahətə meylli idik, amma bizim valyuta 2 dəfə dəyərsizləşdi, İranda isə bu azalma daha kəskin oldu və bu, özünü turizmdə də göstərir”.

F.Xəlilovun sözlərinə görə, İranla bağlı əsas problemlərdən biri odur ki, Azərbaycan şirkətləri indiyədək İranın ən böyük bazarı olan Tehrana çıxa bilməyib, buradakı turizm sektoru ilə davamlı əlaqə yaratmayıb: “Tehran 15 milyon əhalisi olan şəhərdir, ən əsası, burada İranın ən varlı şəhəridir, bütün pullar da buradadır. Amma bizim şirkətlər Tehran bazarı ilə, demək olar, işləmirlər. Buradan gələn turistlər də öz istəkləri ilə gələnlərdir”. Ekspert deyir ki, Azərbaycana gələn turistlərin əksəriyyəti İranın Azərbaycanla sərhəd bölgəsində yaşayanlardır: “Onlar isə nisbətən kasıbdır, əsasən avtobuslarla səyahət edənlərdir və iqtisadi problemlər dərhal onlara təsirini göstərir”.

Azərbaycana ərəb turistlərinin azalmasının əsas səbəbi isə İraq turistləri üçün sadələşdirilmiş viza rejiminin ləğv edilməsidir.

Qeyd edək ki, son bir ilədək Azərbaycana gələn iraqlı turistlər vizanı sadələşdirilmiş şəkildə sərhəddə ala bilirdilər. Bu da həmin ölkədən turist axınını sürətləndirirdi: “Viza sərhəddə veriləndə İraqdan Azərbaycana böyük axın oldu. İraq vətəndaşları nisbətən aşağı seqmentli hotellərdə qalsalar da, “kəş” dollar xərcləyirdilər, AVM-lərdə alış-veriş edirdilər və fayda gətirirdilər. Adamlar nəğd pul xərcləyirdilər, bu əladır və bütün sektorun sevdiyi müştərilər idi”. Viza ilə bağlı dəyişikliklərdən sonra iraqlı turistlərin sayında ciddi azalma var: “İraqlı turistlərə aeroportda verilən viza dayandırılıb, artıq iraqlılara Azərbaycan visası almaq Gürcüstana hər şey daxil tur almaqdan çətin olub”.

Yeri gəlmişkən, ekspertin sözlərinə görə, bir sıra səbəblər üzündən İraq turistlərinin Azərbayan iqtisadiyyatı üçün faydası digər turistlərdən daha artıq idi: “Onların bir hissəsi Azərbaycana təkcə səyahət məqsədilə deyil, hətta ailələrinin təhlükəsizliyini təmin etmək üçün gəlirdilər. Çox sayda iraqlılar ailələrini gətirib Bakı, İsmayııllı, Qəbələ və Qubada evlər kirayələyib yaşayırdılar”.

Bəzi İraq vətəndaşları Azərbaycanda uzun müddət qalırdılar: “İmkanı olanlar ailələrini düşünürdülər. Bir çox şəhərlərdə 6 ay yüksək temperatur olur, yaşamaq və işləmək olmur. Ona görə də kişilər işləyir, ailəsi burda qalırdı. Ayda 1500-2500 dollar pul xərcləyən adamlar idi».

Amma vizaların çətinləşməsi bu sahəyə də təsirini göstərib. Yeri gəlmişkən, İraq vətəndaşları üçün sərhəddə viza verilməsinin dayandırıldığını bu ölkənin Azərbaycandakı səfirliyində də təsdiqləyiblər. Səfirlikdən bildirilib ki, bu dəyişiklik Azərbaycan tərəfinin təşəbbüsü ilə olub.

635x100

Şərhlər

Amon 2019-01-09 14:32:44

Deyilene gore iraq turistleri bizim banklara atib ona gore vizani dayandiriblar banklarda melumdu kimindi.iraqlilar coxlu miqdarda saxta dollar getiribler ve bakida deyisibler sonradan ustu acilibki pullar saxtadi amma gec olub.banklarada kulli miqdarda ziyan deyib

Tar 2019-01-09 14:32:44

Ərəblərdən kimə xeyir gəlib indiyə kimi

OXUCU 2019-01-09 14:32:44

İYRƏNC ƏRƏBLƏRİN VERDİYİ XEYİR BAŞLARINA DƏYSİN.BU YOLLA QAZANAN PUL NƏ DÖVLƏTƏ NƏ DƏ İNSANLARA LAZIMDIR.NAMUS QEYRƏT HƏR ŞEYDƏN DƏYƏRLİDİR, ONU İTƏ ATIBLAR İT YEMƏYİB.

Cəmşid Dərələyəzli 2019-01-09 14:32:44

Nəhayyət Sonda düşünüldü ki, bəzən para qazanmaq, zamanı gələndə insanı paradan da edər dincliyindən də. Ərblərin, istənilən ölkəyə axını o ölkəyə paradan çox, xurafat və gələcəyin terror hüceyrələrini ixrac edər.

Ağsaqqal 2019-01-09 14:32:44

Bəzi Azərbaycan qadınlarının Dubaya ,Türkiyəyə ,hotelllərə -kirli ərəblərin ağuşuna girmələrinin çox dərin sosial kökləri varkı ,hələ heç kim bu məsələ ilə maraqlanmır .Amma məncə bu iş Qarabağ münaqişəsi məsələsinə bərabər məsələdir !Hamı -xüsusilə aidiyyatlı müəllimlər bu iş barədə baş sındırmalıdırlar .Çünki bu iş get -gedə qloballaşır .Unutmaq lazım deyil ki ,BU IYRƏNC TÜSTÜ HAMININ BACASINDAN ÇIXA BILƏR !...

EJDER 2019-01-09 14:32:44

HESAB EDIREM KI,XARICI QONAQLAR BIZIM ANALOQU OLMAYAN INKIWAFI GORUB,GOTURULUBWURLER...BES DEYIRDINIZ TURISTMIZ COXDUR, BIZDE BIP DI.HAY HAY PULA UYQUN XIDMET OLMALIDI,SAYSIZ HESABSIZ TARIXI .DORMELI YERLER OLMALIDI.ACIN YOTUBU GORUN BEDNAM QONSULARIMIZ NE EDIR.TURISTIN IYNESINI ELE VURURSUNUZKI,O GEDEN GEDIR...TUSTULIYE TUSTULEYE.TURIZM NAZIRIMIZDE KI,...HEC NEYIM YOXDUR,BAWQA NAZIRLER KIMI.AC...M.

Səməd 2019-01-09 14:32:44

Firdovsi Xəlilov İraqdan olan turistlərin sadələşdirilmiş vizadan məhrum olmalarını faciə kimi qəbul edir. Mənəviyyatı təmiz insan isə belə düşünməz. Ərəblərin Azərbaycan mədəniyyətinə, genetkasına və mənəviyyatına vurduğu zərbəni illər sonra anlayacağıq. Firdovsi kimiləri isə ölkəsini pula satanlardır. İkinci bir məsələ Firdovsi nəyə görə ölkə qanunlarını aşağılayır?! Məsləhət belədi ki, bu mədəniyyətsizlər çox gəlməsinlər.

G M 2019-01-09 14:32:44

Ərəblərin ölkəyə gəlişi geridəqalmış mədəniyətin,iyrənc ərəb mədəniyətinin,adət-ənənlərin nümayişi oldu.Bunlardan nəticə çıxartmaq üçün asan viza verilməsi kifayət edər.Onların turizm üçün sərfəsiz olduqları..pullarını büdcədən kənar əyləncələrə xərcləmələri də məlumdur.

Bashirov Qarib 2019-01-09 14:32:44

Nagayracoyuq ə biz.

Son yazılar