“QARABAĞDA MÜHARİBƏ OLACAQ...” - "İndi də inqilab oldu - görünür ardınca müharibə olacaq..."

Tanınmış rusiyalı politoloq, Rusiya Prezident Administrasiyası rəhbərinin sabiq müşaviri Qleb Pavlovski son dövrdə Ermənistanda baş verən hadisələr və Nikol Paşinyan hakimiyyətinin gələcəyilə bağlı maraqlı açıqlamalar verib.

"AzPolitika" xəbər verir ki, "Exo Moskvı" radiostansiyasına müsahibə verən Pavlovski Ermənistandakı inqilabın Qarabağda müharibəyə səbəb olacağını bildirib.

Politoloq Qafqazın çox həssas bölgə olduğunu xatırladaraq, Ermənistanda postsovet dövründə artıq bir neçə dəfə inqilabın baş verdiyini və hər dəfə də bunun hərbi münaqişənin alovlanması ilə nəticələndiyini deyib: "Kiçik bir ərazidə son 20-30 ildə bu qədər müharibə olub. Yalnız Yuqoslaviyada buna bənzər nəsə baş verib. Bəs inqilablar? Ermənistanda onların sayı az olmayıb. Ermənistan 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində inqilablar yaşayıb. Həmin vaxt küçələrdə indiki inqilabla müqayisədə daha çox insan vardı. Adamlar küçələrdə yaşayırdılar, hər tərəfdən İrəvana axışırdılar. Sonra müharibə-inqilab, inqilab-müharibə. İndi də inqilab oldu - görünür ardınca müharibə olacaq..."

Politoloq bildirib ki, bir müddət sonra insanlar Paşinyandan nəticə istəyəcəklər, onunsa ortaya hansısa ciddi yenilik qoymaq imkanı yoxdur: "İndi düşünürəm ki, insanlar nəticə istəyəcəklər. O, nəticəni haradan alacaq? Hansı xüsusi nəticələr əldə etmək olar ki? Hətta Saakaşvili də bunu bacarmadı. Deməli, müharibə olmalıdır."

C.Məmmədov

635x100

Şərhlər

TARİX 2019-01-09 15:28:07

RUSİYA İMPERİYANIN ƏLDƏN CIXMIŞ ÖLKƏLƏRİNİ YENİDƏN İŞĞAL ETMƏK ÜCÜN DƏRİDƏN -QABIQDAN CIXIR.MİLLƏTLƏRİ BİR-BİRİNƏ VURUŞDURAN, DÜŞMƏN EDƏN RUS İMPERİYASIDIR.PARCALAYIB HÖKM ET SİYASƏTİNİ RUSLAR HƏMİŞƏ APARIBLAR.QAFQAZDA ERMƏNİ DÖVLƏTİNİ,DQMV-Nİ,20-YANVARI,QARABAÇ VƏ ƏTRAF RAYONLARIN İŞĞALI RUSLARIN YARADICILIĞI DEYİLMİ?...

TARİX 2019-01-09 15:28:07

RUSİYA İMPERİYANIN ƏLDƏN CIXMIŞ ÖLKƏLƏRİNİ YENİDƏN İŞĞAL ETMƏK ÜCÜN DƏRİDƏN -QABIQDAN CIXIR.MİLLƏTLƏRİ BİR-BİRİNƏ VURUŞDURAN, DÜŞMƏN EDƏN RUS İMPERİYASIDIR.PARCALAYIB HÖKM ET SİYASƏTİNİ RUSLAR HƏMİŞƏ APARIBLAR.QAFQAZDA ERMƏNİ DÖVLƏTİNİ,DQMV-Nİ,20-YANVARI,QARABAÇ VƏ ƏTRAF RAYONLARIN İŞĞALI RUSLARIN YARADICILIĞI DEYİLMİ?...

NURəddin-ə 2019-01-09 15:28:07

Qardaş bütün fikirlərinlə razıyam. Lakin bu hasarı kiminlə çəkacəyik?

Cavan 2019-01-09 15:28:07

Ermənistan Azərbaycanla müharibənin perspektivi olmadığını başa düşəcək.1999-cu ildə sülh müqaviləsi bağlanmağa yaxın olsada Rusiya buna imkan vermədi və indi də imkan vermir.Rusiya Ermənistandan çəkilsə sülh müqaviləsi olacaq.Rusiya heç bir halda buna yol vermək istəmir,çünki hər iki respublikanı nəzarətdə saxlayır.

NURəddin 2019-01-09 15:28:07

Rusiya ilə azərbaycan arasına hasar çəkilməlidir.Bu işğalçı ölkə ilə bütün əlaqələr biryolluq kəsilməli,gələcəkdə heç bir rusyatəhsilli bir şəxs hakimiyyətə yaxın belə buraxılmamalıdır.Bu ölkə bütün millətlərin düşmənidir. Dünyaya müharibələri yayan da bu ölkədir. Millətləri bir-birinə düşmən edən də.Bu ÖLKƏDƏN HEÇ ZAMAN, HEÇ BİR MİLLƏTƏ XEYİR GƏLMƏYƏCƏKDİR! EY MURDAR PUTİN, AZƏRBAYCANDAN ƏLİNİ ÇƏK!

Melikmemmed 2019-01-09 15:28:07

Azerbaycan pawinyanin qulagini kesecek,gorkemli waire-bestekarda weir yazacaq,xoruzdar banlayacaq"qukqulu -qu",ac toyuqlarda yuxularinda dari gorecekler,goydende uc alma duwecek,biri Huyutonun bawina ,o bedbaxtda yerin cazibe quvvesini kewf edecek,ukiside bow bawlara duwecek, hansiki o bawlarla hecne qelive qoymaq olmayacaq.

t.ədalət 2019-01-09 15:28:07

Rusiya Paşinyanı Azərbaycanın əli ilə "cəzalandırmaq" istəyir.HGəmişə olduğu kimi,Rusiya yalan informasiyalar yayır.Müstəqilliyinə doğru gedən erməniləri heç bir qüvvə dayandıra bilməyəcək.Onlar Rusiyanı ərazilərdən qovacaq və DQ əraziləri də azad olunacaq.

Cavan 2019-01-09 15:28:07

Bir qayda olaraq rus siyasətçilər Paşinyanın hakimiyyətə gəlməsinə çox pis yanaşırlar.Qarabağ klanının hakimiyətdən getməsi onları çox əndişələndirir.Çox qəribədir Azərbaycandan da onlara tərəfdar olanlar var.25 il ərzində Qarabağ klanı hakimiyyətdə olarkən bir dəfə də müharibə çağrışı etməyənlər indi müharibədən dəm vururlar.Rusların yabası olmaqdan qurtarmaq vaxtıdır.Qarabağı kimin işğal etdiyi xalqımıza yaxşı bəllidir.

G M 2019-01-09 15:28:07

Ermənistan müharibəni kiminlə edəcək..niyə edəcək..Ay yap-ın politoloqu

Son yazılar