RƏSUL QULİYEV ACP-dən RƏSMƏN İMTİNA ETDİ - Sensasiyalı bəyanat

"Respublikada olan mənim tərəfdarlarımın maksimum 5 faizi ACP-də cəmləşib"

Eks-spiker Rəsul Quliyev qurucusu olduğu Açıq Cəmiyyət Partiyasından rəsmən imtina edib. AzPolitika.info-nun məlumatına görə, belə bir bəyanatla R.Quliyev bu gün yaydığı videomüraciətdə çıxış edib. R.Quliyev ACP nizamnaməsinə görə, bu partiyanın lideri statusunu daşıyırdı. O, bu statusdan imtina edib.

R.Quliyev ACP-dən imtinası ilə bağlı çox qəribə bir əsas gətirib. Sitat:

"Respublikada olan mənim tərəfdarlarımın maksimum 5 faizi ACP-də cəmləşib. Yerdə qalan 95 faizi müxtəlif partiyalarda olanlar və ən çoxu heç bir partiya üzvü olmayan və olmaq istəməyənlərin arasındadır. Belə bir vəziyyətdə mənim ACP-nin lideri kimi qalmağım düzgün deyildir ,əksinə belə bir qərarı gərək 10 il bundan öncə qəbul edərdim."

R.Quliyev qeyd edib ki, ACP üzvləri ilə bu məsələni müzakirə edəcək: "Əlbəttə, bizim mübarizəmiz bir yerdə davam edəcək. Sadəcə olaraq mübarizənin masştabını böyütməliyik. O ki qaldı İP-nın liderlərinə, mən onları heç 2 il bundan öncə də müxalifət hesab etmirdim"

R.Quliyevin öz yaradıcısı olduğu partiyadan rəsmən imtinasının səbəbləri ilə bağlı AzPolitika.info-ya sensasiyalı məlumatlar daxil olub. Bu məlumatları bir başqa yazıda təqdim edəcəyik.

ACP-nin keçmiş liderinin videomürəciətini təqdim edirik.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar