İspaniyada təyyarə qəzası baş verib

İspaniyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə "Report" "Europa Press"ə istinadla xəbər verir.

Basklar ölkəsi muxtar vilayəti polisinə istinadən verilən məlumata görə, qəza ölkənin şimalında qeydə alınıb. Hadisə zamanı təyyarədə 2 nəfər olub.

Polis bir neçə saat sonra təyyarənin qalıqlarını Ernio dağlarında aşkar edib. Lakin təyyarənin heyət üzvlərinin yeri məlum deyil.

Bir müddət əvvəl də İspaniyanın Tarraqona əyalətində kiçik təyyarə qəzaya uğrayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar