Saatlıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Saatlı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında, Qaranur kəndi ərazisində qeydə alınıb.

İki minik avtomobilin toqquşması Qaranur kəndinin sakinləri - 1969-cu il təvəllüdlü Əliyev Nihat Abbasəli oğlu və Əhədov Valeh Heydər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Əhədovun vəziyyəti ağır olduğundan onun Bakıdakı xəstəxanalardan birinə göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar