“28-29 yaşımda ixtiralarım Moskva, Ukrayna və Belarusda tətbiq olunurdu” - Rəsul Quliyev yayılan videosundan danışdı

Amerikada mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyevin günlər öncə yayılan videosu gündəmdən düşmür. Video-süjet tənqidi xarakterlidir və ətraf mühiti çirkləndirən zavod rəhbərliyini hədəfə alıb. 22-ci qurultay adına zavodu videoda göstərilən tədbirdə o zaman baş mühəndisin təbiəti mühafizə üzrə müavini R.Quliyev təmsil edir.

Görüntülərdə açıq şəkildə görünür ki, gənc görünüşlü Rəsul Quliyev Yelena Zamaryonovanın qumbren iddiası qarşısında çalışdığı zavodu müdafiə etməyə çalışır.

R.Quliyev yayılan video ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu hadisə 42-43 il bundan öncə olub. Əgər siz videonu bütövlüklə göstərsəydiniz, məndə müəyyən bir fikir formalaşardı. Sovet dövründə Kommunist Partiyasının icazəsi ilə iki tipli intervülərə icazə verilirdi. Birincisi, partiya kiminsə ”evini yıxmaq" istəyirdisə, onun əleyhinə kimlərisə danışdırırdılar. İkincisi, məsələn, zavodun direktorunu və ya naziri çıxarmaq gündəlikdə olmurdu, sadəcə olaraq, ekoloji vəziyyət müzakirə olunurdu. İkinci halda rəhbərlik bu sahədə ən savadlı və işdən başı çıxanı TV-yə göndərirdi. O qadının hansı kombinatı təmsil etdiyini bilmirəm. Ancaq mənim bu sahədə kiməsə cavab verə bilməməyim və ya özümü məzlum aparmağım mümkün ola bilməzdi. Çünki işlədiyim elə bir sahə yox idi ki, kimsə məndən yaxşı bilsin. İstənilən işi görməmişdən öncə 1000 səhifələrlə müvafiq ədəbiyyat oxuyub və özüm eksperimentlər həyata keçirirdim. 28-29 yaşımda ixtiralarım və eksperimentlərim Moskva, Ukrayna və Belarusda da tətbiq olunurdu. Diqqətinizə çatdırım ki, bu müzakirələr Moskvanın mərkəzi kanalında da müzakirə olunub və mən orada da mütəxəssis kimi iştirak etmişəm. Ona görə də hansısa bir işlə bağlı kombinatın mühəndisinin qarşısında mənim cavab tapa bilməməyim absurddur".

635x100

Şərhlər

Mühəndis B. 2019-01-10 08:33:24

O, тexniki (nefтaуırma, avadanlıgı və s. üzrə) mühəndis ixтisası alıbsa, тamamilə dogrudur! Kim oz malına "püf" deуər? Zavodun oncəki Rekonsтruksiуası belə тexnoloji cəhəтdən müasir deуil, səmərəsizdi və maddi ekoloji cəhəтdən уararsız oldugunu gorüb bilən kəs nə cavab verə bilərdi?

vekil 2019-01-10 08:33:24

resulun gece gunduz satdixi vaqonlarla sastavlarla gemilerle bezin salyarka hec kimin yadindan cixmayib Ziya Memmedovun da yaxsi yadindadir cunki naryadi ona pulsu yazirdilar bax belse heqiqetler... Alverciden elm adami olmaz!

Son yazılar