Tramp Konqres liderlərini görüşə dəvət edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Konqres liderlərini çərşənbə gününə görüşə dəvət edib.

Prezident hökumətin maliyyə fəaliyyətinin bərpa olunmasına cəhd göstərmək niyyətindədir. Dövlət başçısının müraciəti ABŞ telekanalları tərəfindən yayımlanıb.

ABŞ lideri bəyan edib ki, danışıqlar zamanı böhrandan çıxış yolu «45 dəqiqə ərzində tapıla bilər».

Tramp bildirib ki, bu baryer (Meksika ilə sərhəddə tikiləcək divar - red.) «bizim sərhədlərimizin təhlükəsizliyi üçün kritik həddə qədər vacibdir».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar