Krım yaxınlığında ABŞ «dron»u qeydə alınıb - Sərhəddin 30 kilometrliyinə yaxınlaşıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Krım yarımadası yaxınlığında- Rusiyanın Qara dəniz sahilləri boyunca ABŞ silahlı qüvvələrinə məxsus strateji pilotsuz uçaq və ABŞ HHQ-nin RQ-4B-30 «Global Hawk» təyyarəsi qeydə alınıb.

«Plane Radar» adlı resursun «Tvitter»-də verdiyi məlumata görə, pilotsz uçaq bu ərəfədə Moskva vaxtı ilə saat 17:25-də Kuban və Krım sahillərində qeydə alınıb və bir neçə dəfə Kerç boğazının yaxınlığından uçub.

Bildirilir ki, aparat İtaliyadakı «Sigonella» aviabazasından buraxılıb və Donbasa istiqamət götürüb - orada 7 saata yaxın təmas xəttində monitorinq aparıb.

Aparat Moskva vaxtı ilə saat 19:15-də Sevastopol rayonunda sahil xəttinə 33 kilometrə qədər yaxınlaşıb, saat 23:00-də isə bazaya qayıdıb. O, 8 dəfədən az olmayaraq Rusiya sərhədinə, o cümlədən, Belqorod, Voronej və Rostov vilayətləri rayonlarında Rusiya sərhədlərinə 45-60 kilometrə qədər yaxınlaşıb.

Bundan başqa, Krım sahillərində ABŞ-a məxsus qayıq əleyhinə patrul təyyarəsi (Boeing P-8A Poseidon) də qeydə alınıb. Təyyarə öz missiyasını Moskva vaxtı ilə saat 22:50-də başa vurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar