AZƏRBAYCAN DİASPORUNUN ERMƏNİLƏŞMİŞ RƏHBƏRİ - Ona bu səlahiyyəti kim verib? + VİDEO

Təəccüblənmiş azərbaycanlıların İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Milad bayramı münasibətilə tədbirlərdə ölkənin erməni icmasına baş çəkməsini müzakirə etdikləri bir vaxtda Azərbaycanın Rusiyanın Rostov-Don şəhərindəki diasporunun rəhbəri Vaqif Mustafayev də erməni xalqını bu bayram münasibətilə təbrik edir, özü də bütün azərbaycanlıların adından (?!).

V.Mustafayev ötən ilin oktyabrında da Ermənistana belə bir təbrik yollamış və erməni xalqını müstəqilliklərinin 25 illiyi münasibətilə təbrik etmişdi. Yenə də “bütün azərbaycanlıların” adından.

İki il əvvəl isə yenə də o, Rusiyanın bu regionunun erməniləri tərəfindən təşkil edilmiş tədbirdə iştirak edərək, nitq söyləmişdi. O zaman mətbuat yazırdı ki, “Vaqif Mustafayevin təbriki ermənilərə xüsusilə xoş təsir bağışlamışdı”.

Vaqif Mustafayev Azərbaycan ictimaiyyətinin diqqətini ilk dəfə hələ 2015-ci ildə özünə cəlb etmişdi. O vaxt diaspor rəhbəri Rostov hakimiyyətinin icazəsi olmadan erməni separatçılarının təşkil etdiyi tədbirdə iştirak etmiş və səhnədə “DQR bayrağı” adlanan əski parçasını dalğalandıran qarabağlı rəqqasların çıxışını ayaq üstə alqışlamışdı.

Prinsip etibarilə ermənipərəst mövqedə olması Vaqif Mustafayevin şəxsi işidir, lakin nəyə görə o, bununla birlikdə Azərbaycan diasporuna rəhbərliyini davam etdirir və “bütün azərbaycanlılar” adından təbriklər göndərir?! Ona bu səlahiyyəti kim verib?

635x100

Şərhlər

Qarabaglı.heyder 2019-01-10 13:59:58

Eziz.hemvetenlilerim. rusyada.milli. münaqişe.söhbeti. yoxdu.mende.olsam. tebrik.ederem.olarda. bizim.bayramlarda.. tebrik.edirler. birdeki.o.millet.oyanıb. hakimyetni.deyişdi.bes. siz.ve.biz.ne.vaxt.oyanıb... bu.sualıma.cavab.verin

ƏSAS SƏBƏB BUDUR! 2019-01-10 13:59:58

AZƏRBAYCANI TƏSLİMÇİ SÜLHƏ APARIRLAR!

Abdulla 2019-01-10 13:59:58

Guya bunlardan və bunun kimi düşünənlər AZərbaycanda azdır?Əvvəl evdə araşdırın,sonra kənarda arayarsınız.O qədər ləhcə ilə danışan.bəzi hərfləri tələffüz edə bilməyən erməni qarışığı yuxarıda oturdulub ki! Bir araşdırın görün hələ 1990-cı ildə adlarını,familini dəyişən 30 min ermənilər haralarda oturdulub.İndı onlar artıb neçə min olub? Sonra başınızı aldadanları tanıyın.

Sus 2019-01-10 13:59:58

GM-ə-Siz saydığınız "adamlar"ın geni xərçəng xəstəsidir.Onları ancaq xalq müalicə edə bilər-İnşallh.

G M 2019-01-10 13:59:58

Araz əlizadə,e.nəsirov mirşahin və s iqtidar ``bülbülləri`` niyə susurlar.Öz millətini hər cürə aşağılayan bu binəvalar anlamırlarmı..öləndə qəbirsanlığa təhqirə məruz qoyduqları vətəndaşların ``çiyinlərində `` gedəcəklər.Çünki mentalitetimiz imkan vermir ki,kimlərinsə cəsədi ortalıqlarda qalsın.Hansı ki onlar Vətən,Millət,Xalq üçün onsuzda ölüblər.erməniyə bu günümüzdə tərif demək,təbrik ünvanlamaq Bir milyon Qaçqına,minlərcə Şəhidə təhqirdi.

cəngərlik sakini 2019-01-10 13:59:58

mən də "iskrinni"deyirəm .sənə haram olsun Azərbaycanın pulu.ay .... millətə hörmət etmirsən,heç olmazsa millətin adından danışma.Allah sənə və səndən törəyənlərə bəla vertsin.AMİNNNNN

Bashirov Qarib 2019-01-10 13:59:58

Arvadı erməni və ustəlik də qızını da erməniyə verən Moskva uzrə azərbaycanlıların diaspor rəhbəri haqqında mediada gedən informasiyalar və bu gunku yazını oxuyarkən tam əmin oldum ki,millət adından danışmaq səlahiyyəti verilən bu cənablar,məhz bu xasiyyətlərinə görə diaspor sədri kimi təyin olunublar.Seçilməyiblər,məhz, təyin olunublar. Əsl vətənpərvər Frenk Alkapone(F.Məmmədov)Moskva uzrə diaspor sədri olarkən,erməni sevgisi olmadıgına görə hökumətimiz onu hansı hala saldıgını xatırlayın.

t.ədalət 2019-01-10 13:59:58

Bu adamın başı arxadan yastıdır.Deməli,türk olmadığı bəllidir.O da Fəxrəddin Aboszadeye oxşayır..

EJDER 2019-01-10 13:59:58

HESAB EDIREM KI, BU SELAHIYYETI ONA BIZIM ANALOQU OLMAYAN HOKUMETIMIZ VERIB,YEGIN.O,VAQIF DE URISIYYETDE UQURLU XARICI SIYASETMIZI DAVAM ETDIRIR,ODA YEGIN.

t.ədalət 2019-01-10 13:59:58

Vaqif Mustafayev iki tərəfdən araşdırılmalıdır:ya damarlarında erməni qanı daşıyır,ya da Rusiya kəşfiyyat orqanlarının dili ilə danışır.Daha çox rus kəşfiyyatının nökərinə oxşayır.Ona görə ki münasibətini xalqın adından sərgiləyir.Belə adamlar erməni terrorçuları qədər təhlükəli olur..

Elli 2019-01-10 13:59:58

ey şüursuz erməni bir dəfəlik adıvı da dəyişdir elə vaçik. haram olsun sənə Azərbaycanın çörəyi, suyu vaçik mustafalyan.

Son yazılar