Ermənipərəst konqresmenə yüksək vəzifə verildi

Ermənilərin ABŞ Konqresindəki havadarlarından biri olan konqresmen Eliot Engelə yüksək vəzifə verilib. "AzPolitika" xəbər verir ki, erməni mətbuatının böyük sevinclə yaydığı məlumatda E.Engelin ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinə rəhbərlik edəcəyi bildirilir.

Milliyətcə yəhudi olan Engel Demokrat Partiyasını təmsil edir. O, ABŞ-dakı erməni diasporunun ən yaxın dostlarından biri hesab olunur. E.Engel Konqresin erməni məsələləri ilə məşğul olan komitəsinin üzvüdür və Türkiyəni "erməni genosidini" tanımağa çağıran konqresmenlərdən biridir. Sonuncu dəfə 2014-cü ildə Ermənistana səfər edən E.Engel həm də ABŞ hökumətinin Qarabağ münaqişəsilə bağlı səylərini artırmağa çağıran və təbii ki, ermənilərin maraqlarına xidmət edən "Roys-Engel təklifinin" müəllifi kimi tanınır.

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar