“MÜTLƏQ REFERENDUM KEÇİRİLMƏLİDİR” – Siyavuş Novruzov seçki ehtimalını yenə rədd edir, amma…

“Mən bir neçə dəfə bunu demişəm. Parlament seçkiləri ilə bağlı məsələ konstitusiyada yazılıb. Yəni müddəti də, keçirilmə tarixi də əksini tapıb. Konstitusiya isə ali qanundur. Əgər seçki olacaqsa, birinci referendum keçirilməlidir. Yəni konstitusiyada dəyişiklik edilməlidir, məsələ Seçki Məcəlləsinə salınmalıdır, ondan sonra digər addımlar atılmalıdır”.

“AzPolitika.info”nun məlumatına görə, bunları YAP icraçı katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinə müsahibəsində növbədənkənar parlament seçkiləri ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.

Növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi haqda söz-söhbətlər bir neçə aydır gündəmdədir. Son günlər belə bir ehtimal haqda daha çox danışılır.

Hakim partiyanın funksionerinin fikrincə, belə şəyiələri deputat olmaq arzusu ilə yaşayanlar yayır. Sitat:

“Kiminsə ürəyində seçilmək arzusu varsa, bir az səbirli olsun. İndi tələsənlər bu məsələni ortaya atır. Amma məsələnin hüquqi əsası budur. Həm də ki, bu ilin dekabrında bələdiyyə seçkiləri keçiriləcək. Bütün bunların hər biri qanunla, konstitusiya ilə əsaslanmalıdır”.

Xatırladaq ki, 2018-ci il növbədənkənar prezident seçkilərindən bir neçə ay öncə də S.Novruzov oxşar açıqlama vermiş, prezident seçkisinin irəli çəkilə biləcəyi ehtimalını qətiyyətlə rədd etmişdi. Bu barədə xatırlatmaya S.Novruzov belə münasibət bildirib: “Prezident seçkiləri ilə bağlı dediyim müddəa yox idi. Prezidentin səlahiyyəti var idi ki, istənilən vaxt seçki elan etsin. Amma parlament seçkiləri ilə bağlı müddəa konstitusiyada var. Ona görə də konstitusiyadakı müddəanı ancaq referendum yolu ilə dəyişmək olar. Prezident, bələdiyyə seçkiləri və referendumla bağlı zərurət yarandığı halda prezidentə səlahiyyət verilir ki, növbədənkənar seçkiləri elan etsin. Parlament seçkiləri ilə bağlı müddəa isə konstitusiyada qalıb. Ona görə də gərək ilk növbədə referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarıla və Seçki Məcəlləsinə salına bilər. Əslində parlament seçkilərinin vaxtının təyin olunması və s. konstitusiyada olması düzgün deyil. Bunlar hamısı seçki ilə bağlı olduğundan Seçki Məcəlləsində əksini tapmalıdır. Parlament seçkiləri konstitusiyada qaldığı üçün ilk növbədə gərək referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarılıb Seçki Məcəlləsinə salına. Amma əfsus ki, sonuncu referendumda bu müddəa nəzərdə tutulmadı və parlament seçkiləri konstitusiyada qalıb. Konstitusiya ən ali qanun olduğuna görə onun müddəası hər şeydən üstündür. Bir də növbədənkənar seçki o halda ola bilər ki, parlament öz-özünü buraxsın. Bu, bir hökumətin hesabatı vaxtı, bir də baş nazirin seçilməsi ilə bağlı ola bilər. Biz də baş naziri təsdiqləmişik, işləyir, Allah canını sağ eləsin! Yəni bu məsələlərlə bağlı da problem yoxdur. Vaxtından qabaq parlament seçkilərini keçirmək üçün mütləq referendum keçirilməldir”.

Fikrimizcə, S.Novruzovun belə israrlı açıqlamasına baxmayaraq, növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı ciddidir. Bunun üçün isə heç də, S.Novruzovun dediyi kimi, mütləq referendum keçirilməsinə ehtiyac yoxdur. Əgər Prezident Administrasiyasından tapşırıq gələrsə, parlament heç bir müqavimət göstərmədən, yekdilliklə özünü buraxacaq və beləliklə də növbədənkənar seçkilər təyin olunacaq.

Buna hansı zərurət var, bu artıq başqa məsələdir və fikrimizcə, hakimiyyət belə bir qərar ala bilər. Son ayların müşahidələri belə deməyə əsas verir ki, növbədənkənar parlament seçkiləri məsələsi yuxarı hakimiyyət çevrələrində bir neçə dəfə gündəmə gətirilib və müzakirə olunub. Xüsusən də Ermənistandakı inqilabdan və beynəlxalq müşahidəçilərin yaxşı qiymətləndirdiyi parlament seçkilərindən sonra Azərbaycan hakimiyyəti belə bir ehtiyac hiss edə bilərdi. Lakin belə görünür ki, hələlik qəti qərar verilməyib.

Rasim ƏLİYEV

635x100

Şərhlər

Nurəddin 2019-01-10 17:42:35

Novruzov elə bilir referendum keçirmək kolxoz iclası keçirmək kimi bir şeydir.Bilmir ki, nə qədər vəsait xərclənir . Referendum 25-30 ildə tələbat yaranarsa keçirilər.Hər boş düşüncəyə görə referendum keçirilməz! Bie də ki, parlament seçkilərinə nə qədər qalıb ki, hələ növbədənkənar seçki keçirilsin.Onun fikri indiki monopolist,biznesmen,75-80 yaşlı qocaların yenidən parlamentdə boş danışmalarına imkan yaratmaqdır.Bu ölkəyə lazımdırmı? ...

Aysberqə 2019-01-10 17:42:35

Doğrudan Milli Məclisdədə deputaların arasında monopolistlər, alverçilər, fırıldaqçılar,yalançılar, yaltaqlar da toplaşıb.......Hələ toplumun yarım Milli olduğunu nəzərə alsanız bu daha da dəəhşətlidir. Qaldı ki, onların bezilerinin missiyasına yalanı doğru kimi bəzəyib sadəlovh insanları aldatmaqdır.Bunu illərlə təkrarlayırlar.Amma düşünmürlər ki, hə rbelə çıxışından sonra onlara lənət edilir. Utanmasan oynamağa nə var ki! Üzü qırmızı insanlardn uzaq durun!

Vüqar.qeribi.azerbaycanll 2019-01-10 17:42:35

Cenab.seyavuş.novruzov. size.birce.suallm. budurki.biz.niye. qonşu.gürgüstan. qeder. qeyrete. gelib. deyişmirik.niye. parlamentinden. tutmuş.prezdentine. qeder. meger.sen.bir. ziyall.kimi.niyede. prezdent.olmayasan.niye. niye.n..I..y..e.suallma.caavab.verin......

aysberq 2019-01-10 17:42:35

Milli Məclis deyilən qurumu Yapon İmperatorları (Z.H) özləri üçün baş qatmaq mexanizmi kimi yaradıblar. Söküb dağıtdıqlarından onların ağızlarına da atırlar ki, danışın milləıtin ağzını başqa səmtə çevirin. Necə ki, bunu Yapizmin ən ünlü funksioneri- Əli Əhmədov edir. "Azərbaycanda işsizlərin sayı Avropadakından azdır". Ona görə Sosializmin ən böyük korrupsioneri Brejnev demişdi:"Şiroko şaqaet Azerbaycan po maqazinam Qruzii i Armenii"

Mətləb əmi 2019-01-10 17:42:35

Görəsən bu qardaş referendum sözünü başa düşür və yaxud da onun nə olduğunu bilir?

Güуa İşçi 2019-01-10 17:42:35

İşsiz dogru mülahizə verib. Sosializm dovründə üç dəfə az və azı beş dəfə ucuz az nefт emal edən Azərbaуcanda hər bir ailənin gündəlik çorək, mülki ev və işsizlik qaуgısını dovləт qarşılamışdı! Milli Azadlıq CARÇIları iki Qarabagı da verib dünуəvi milуoner və milуarder olaraq bir raуonluq oz eтnik vilaуəтinin hərbi əsarəтinə razı "Milli" Məclis!?

İşsiz 2019-01-10 17:42:35

Feminizm- ər tapana kimi, Kommunizm- pul tapana kimi, Ateizm- ölümlə üz-üzə qalana kimidir.

Novruzova 2019-01-10 17:42:35

Parlament seçkiləri nin növbədən kənar,tələsik keirilməsinin mənası yoxdur.Əvvəlcə Seçki Məcəlləsi dünyanın sivil ölkələrindəki qaydaya gətirilməli,lazım dəyişikliklər edilməli,seçki komissiyası normal hala gətirilməli ( tərkibi dəyişməli- bütün iripartiyalar təmsil olunmalı, M.Pənahov sistemi ləğv olunmalı), səsvermə sərbəst,müəllim.həkim və sairələrin qorxu altında avtobuslarla seçki məntəqələrində gəzdirilməsinə son qoyulmalı.Həbsxana və ordu seçkidə iştirak etməməlidir. .

Son yazılar