PKK/YPG-PYD terrorçu qruplaşması Azad Suriya Ordusuna atəş açıb - 2 döyüşçü ölüb

Terrorçu PKK/YPG-PYD terrorçu qruplaşmasının Tel Rifat bölgəsində ABŞ istehsalı olan TOW antitank raketi ilə hücumu nəticəsində Azad Suriya Ordusunun (ASO) iki döyüşçüsü ölüb.

“Report” “Aksham”a istinadən xəbər verir ki, Hələb əyalətinin şimalında yerləşən Tel Rifat bölgəsini işğal edən bu terrorçu qruplaşma Azez rayonuna bağlı Kelcibrin kəndində cəbhə xəttində patrul xidməti həyata keçirən Azad Suriya Ordusuna məxsus avtomobili hədəfə alaraq ABŞ isetehsalı olan TOW raketi ilə vurub. Nətiəcədə hərbi maşın yararsız vəziyyətə düşüb, iki döyüşçü isə ölüb.

Məlumata görə, yanvarın 9-da da həmin yerdən terroruçular hücum edib. Ancaq itki olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar