Şəkidə 63 yaşlı kişi sükan arxasında ölüb

Şəki rayonunda 63 yaşlı kişi sükan arxasında ölüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saatlarında Şəki şəhər sakini, 1956-cı il təvəllüdlü Məmməd Ramiz oğlu Hacıbabayev özünə məxsus minik avtomobili ilə şəhərin S.Rəhman küçəsində hərəkətdə olarkən qəfildən halı pisləşib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı dəmir qapıya dəyərək dayanıb.

Hadisə yerinə gələn Təcili Yardım Xidmətinin həkimləri tərəfindən M.Hacıbabayevin öldüyü müəyyən olunub. Onun ürək tutmasından keçindiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar