BMT: Livanda hələ də 1,5 milyonadək suriyaklı qaçqın var
Hazırda Livan ərazisində qonşu Suriyadan milyon yarımadək qaçqın yaşayır.
“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu BMT-nin Livandakı humanitar missiyasının əlaqələndiricisi Filip Lazzarini mətbuat konfransında deyib.
“Bildiyiniz kimi, qaçqınların rəsmi qeydiyyatı 2014-cü ilin sonunda başa çatdırılıb. Belə ki, ölkə ərazisində qaçqınların sayı 950 mindən artıqdır, biz onların həqiqi sayının 1,2-1,3 milyon arasında ehtimal edirik. Hərçənd 1,5 milyon olmasına dair də fikirlər var”, – deyə BMT rəsmisi bildirib və əlavə edib ki, hələlik Suriyaya əhəmiyyətli geri axın nəzərə çarpmır.
“Rəsmi məlumatlara görə, 2018-ci ildə Suriyaya 16-17 min nəfər, əvvəlki il 14 min nəfər dönüb. Lakin Livandan Suriyaya qayıdanların əhəmiyyətli dərəcədə çoxalmasını deməzdim. Hələlik bundan uzağıq” – deyə əlaqələndirici bildirib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.