"Rusiya Belarus kimi müttəfiqindən məhrum ola bilər" - Lukaşenko

"Rusiyanın neft sektorundakı vergi fəndi ilə bağlı təzminatlar məsələsində razılıq əldə olunmasa, bu ölkənin qərbində yerləşən Belarus kimi yeganə müttəfiqini itirə bilər".

“Report” TASS-a istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

O, bu məsələ ilə bağlı Rusiya ilə razılığın əldə olunmamasını fəlakət kimi qəbul etməyəcəklərini diqqətə çatdırıb: “Rusiya rəhbərliyi bu yolu seçsə, qərb sərhədləri yaxınlığındakı yeganə müttəfiqlərini itirməyə razılaşsa, öz qərarlarıdır. Güclə deyil ki”, - dövlət başçısı qeyd edib.

Hökuməti Rusiyanın vergi fəndindən doğan büdcə itkilərinin yerini doldurmaq üçün başqa etibarlı mənbələr axtarmağa çağıran Belarus Prezidenti onlar üçün əlavə 400 milyon dollar qazanmağın problem olmadığını da diqqətə çatdırlıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar