ABŞ esminesi Baltik sularına girib - Göyərtəsində qanadlı raketlər var

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinin (HDQ) «Qreyvli» raket esminesi Danimarka körfəzindən keçərək, Baltik dənizinə girib. Bu barədə xəbəri dəniz monitorinqi saytlarına istinadla «İnterfaks» agentliyi yayıb.

Bu esmines NATO-nun Birinci daimi Hərbi-Dəniz Qrupunun flaqmanıdır.

Ötən il esmines Aralıq dənizində Rusiyanın «Yaroslav Mudrıy» gözətçi gəmisinə təhlükəli məsafəyə qədər yaxınlaşmışdı.

ABŞ-n bu gəmisi 56 ədəd «Tomanavk» qanadlı raketi gəzdirə bilir və «İcis» tipli raket əleyhinə müdafiə (RƏM) sistemi ilə təchiz olunub.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar