Meksika-ABŞ sərhədində 21 yandırılmış cəsəd tapılıb

Meksika polisi ABŞ ilə sərhəddə yerləşən Tamaulipas ştatında 21 meyit aşkar edib.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə "Excelsior" nəşri məlumat yayıb.

Yandırılmış vəziyyətdə olan cəsədlərin narkotik alverçiləri arasında baş vermiş münaqişə nəticəsində öldürülən şəxslərə aid olduğu ehtimal edilir. Meyitlər Migel Aleman sərhəd şəhəri yaxınlığında yandırılmış 7 avtomobildən tapılıb.

Daha əvvəl Meksikada bara hücum nəticəsində 6 nəfər öldürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar