"20 İLDİR NAZİR İŞLƏYİR, 1-2 VİLLASI OLMASIN?" - Deputat bunu dövlət siyasəti hesab edir

Xəbər verdiyimiz kimi, həbsdə olan bloger Mehman Hüseynovun aclıq aksiyası keçirdiyi, bunula bağlı səhhətinin pisləşdiyi bildirilir. Dövlət orqanları isə bunu təkzib edir.

Bununla bağlı big.az-a açıqlama verən Rüfət Quliyev bildirib ki, Mehman məmurların villasını çəkməzdən öncə onlardan icazə almalı idi: "Xoşunuza gələrmi evinizin şəkilini çəkib xəbər saytlarında və sosial şəbəkələrdə yaysınlar? Əlbəttə, evini çəkdiyin insanın icazəsini almalısan. Bu barədə hətta qanunda var. Məni çəkmək üçün icazən olmalıdır. Paparazzilik nə deməkdir. Cavan oğlandır. Nəsə bacarır ki, o həddə gətirib çıxartdı. Hər bloger o həddə qalxa bilmir. Mənim şəxsi həyatımdan şəkil çəkib sayta qoyursan ki, flankəsin bu əmlakı var. Tutaq ki, var. Nə olsun. Get, çək, göstər ki, fermer necə gözəl məhsul yetişdirir. Verməzlər axı. Çünki maraqlı deyil.

Yazırlar ki, eks nazirin filan villası var. Olacaq da, 20 ildir nazir işləyir. Yəni o, bir-iki villalıq pul qazanmayıb? Böyük məmurların pul qazanması bəyəm yalnız Azərbaycandadır? Bu, dövlətin işinə və siyasətinə qarışmaq deməkdir. Ola bilər ki, mənim fikrim bəzilərinə pis təsir edəcək.

Düzdür, bacarıqlıdır. Amma bacarığını yanlış istiqamətə istifadə etdi. Elə blogerlər var ki, bölgələrdən gözəl görüntülər çəkir. Turist cəlb edirlər. Mən hesab edirəm ki, onun hərəkəti qeyri-qanuni idi. Bu paparazzilik bizə Avropadan gəlib. Amma bu gün onlar bundan əziyyət çəkirlər”.

635x100

Şərhlər

S.T. 2019-01-11 09:32:17

Bu bədbextdə nə günah var ki ,əsl günahkar belələrini deputat təyin eləyənlərdədı...

X 2019-01-11 09:32:17

Oxudum bu alvercinin sozleri ureyim partlayirdi cox sukur bele gozel serh yazanlarimiz var

Mehdi 2019-01-11 09:32:17

Sen ve senin kimi deptutlari,cay asaqi axidim,cay yuxari axtarim......)Savadim var.

mahdi 2019-01-11 09:32:17

nazir menecer deməkdir. xalqa quluq edir və xalqın büdcəsindən ona əmək haqqı verılir.dünyada normal cəmiyətlərdə bu belədir.bizim deputatımız ağlına belə qətirə bilmir ki belə ola bilər.onu aləmində belədir,yəni adam nazir işləyir və iki villalıq oğramırsa neyleyır bu vəzifəni .ehsan sənə millətin vəkili...!

Həkim 2019-01-11 09:32:17

Bunun mordasına bax,haram yeməkdən dərisinə sığmır.Görəsən bu adam güzgüdə özünə baxır? Baxırsa özü haqqında nə düşünür?Başı bədəninə bitişib.

Akif 2019-01-11 09:32:17

Rüfət Quliyev sübut etdi ki,onu xalqın və Vətənin taleyi yox, yalnız korrupsiya maraqları düşündürür.Savadsız Rüfət,vətəndaşın evini çəkmək qadağan deyil.Yalandan əhalini aldatma,utan.İstənilən şəxs xoşuna gələn binanın və ya digər obyektin şəklini çəkmək ixtiyarı var və burada heç bir qəbahət yoxdur.Rüfət Quliyevdən və başdan ayağa qədər korrupsiyaya uğramış hakimiyyətdən "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunu nə üçün tapdaladıqlarını soruşmaq lazımdır.Ar olsun onlara!!!

vekil 2019-01-11 09:32:17

Seki restoraninda dadli piti .Qebele restoraninda dadli sac toyugu .Novxanida corat qutabi. verirler...

Moshu 2019-01-11 09:32:17

Digər yaşlı danimarkalıcisə deyir ki, mən yatanda qapını bağlamıram. İndi gəlin görək müstəqil dövlətin ali qanunvericilik orqanının deputatı nələri dilinə gətirir? Sual olunur, ay Rüfət bəy sənin vəzifən qanun yaradıcılığı ilə məşğul olmaqdır. Dövlətdən qorxun yoxdur, bu aydındır, vicdanın varsa (bu məsələdə hörmətli Şeyximizin köməkliyindən yararlana bilərsən) onun səsinə qulaq as və bu yazıq millətə başa sal görək bu neçə ildə neçə qanunun və ya ona dəyişikliyin müəllifi olmusan? Deputat o demək deyil ki, ayda iki dəfə Milli Məclisə gəlib qeydiyyat üçün düyməni basasan. Bunu sənin əvəzinə başqası da edə bilər, edir də. Rüfət Quliyevin müsabibəsini oxuyanda müsahibədə adı verilməsə idi elə fikirləşərdim ki, bu hansısa bazar alverçisinin, ya da hansısa bomjun müsahibəsidir. Gözəl atalar sözlərimiz var:”Ağası gülüm olanın başına külüm olub”. Deputatı bu olan millətin axırı necə olmalıdır? Şərhçilərin yazılarını oxuyanda onlarla Rüfət Quliyevi müqayisə etdim. İlahi, bu xalqın nə qədər talantlı övladları var? Həmin insanları bir çox deputatlarla müqayisə etdikdə o qənaətə gəldim ki, görün Azərbaycanımızda nə qədər deputatlığa namizədıiyə kadrlarımız var. Burada da rəhmətlik Qabilin səhv düşəndə yerimiz şeiri yadıma düşdü.

Moshu 2019-01-11 09:32:17

Sovet, rus, amerikan jurnalisti Vladimir Poznerin Rusiyanın ORT1 telekanalı ilə 2019-cu il 11 yanvar tarixdə saat 00-da Danimarkadan hazırladığı “самые, самые, самые” adlı bir verilişi diqqətimi çəkdi. Danimarkalı müsahibəsində deyir ki, ötən əsrin 90-cı illərində belə bir eksperiment keçirmişlər. Hansısa vətəndaş “təsadüfən” cüzdanını cibindən salır. Arxadan gələn və ya digər danimarkalı bunu görərsə, onu yerdən götürüb təcili sahibinə qaytarır. Bu eksperiment davamlı şəkildə aparılıb. Bu o anlama gəlir ki, danimarkalılar oğurluğun nə olduğunu bilmirlər. Elə həmin danimarkalıya sual olunur ki, rüşvət, korrupsiya deyəndə danimarkalı nə başa düşür? Cavabı o olur ki, “bu sualı kimə versəniz Sizə maraqla baxacaqlar, çünki danimarkalıların leksikonunda belə sözlər yoxdur”. Bu sözləri sadə vətəndaş deyir.

Randa 2019-01-11 09:32:17

Ay rüfət özünü niyə biabır edirsən nazir oqurluq ücün təyin olunub.Sənin atan sənin kimi adam deyildi sən kələfin ucunu itirmisən.Aöıllı ol atan kimi.Nazirin aldıqı əmək hakqı onun pozqun əməllərinə catmaz.İCRA BAŞCILARIN qanunsuz tikintisnə rəvac verdikləri qanunsuz tikililərdən aldıqları rüşvət /hər il ücün/ ölkənin bir illik büccəsindən coxdur.Cox hayıf sən bu oqruları belə müdafiyyə edib özünü biabır edirsən.

Nara 2019-01-11 09:32:17

Kul senin bashina. Gunah xalqdadi ki izin verir ki malini ogurlayib yeyirler, sonra da harinlayib agizlarina geleni danishirlar. Burnunuzdan gelsin!

EJDER 2019-01-11 09:32:17

BRABO, MOLODES...HESAB EDIREM KI,BU DEPUTATIMIZ WEREF ORDENINE LAYIQDI,LUKAWENKO CANI...BIZIM ANALOQU OLMAYAN HOKUMETIMIZIN DIPTATMIZA...OLSUN

Çəbiş müəllim 2019-01-11 09:32:17

Bunu deputat oldu]u dairənin adamları tanımır. Bəs necə o deputat olub ? Belə insanlar da düşündükləri qədər danışa bilərlər.Bunun da ağlı buna çatır.Rüfətin nə günahı var ki? Günah onu layiq olmadığı yerdə nəyinsə hesabına oturdanlardadır.Bir də ki, Novruzovun siyahisindəkilər elə bu ağılda olan insanlardır.Siyahi ilə MM-də oturdulanlardan bundan artıq ağıl gözləmək faydasızdır.bu iki yoldan biri ilə orada oturdulub.( rüşvət və tapış! Yoxsa deputatlıq ondan çoooox uzaqdır.

Sus 2019-01-11 09:32:17

Bu .... başa salan yoxdur ki,deklarasiya gətir görək, bu haram pulu sən haradan qazanmısan?

Dr.AGAOGLU 2019-01-11 09:32:17

Ay Rüfət kişi səni aldadıb deputat ediblər.Düşüncələrindəki,dünyaya baxişindakı problemlər və danışmağın seni orada oturdanların da mahiyyətini ortaya qoyur. BUNA GÖRƏ TƏŞƏKKÜRLƏR.Mehmanlar çəkib məhz sizləri göstərir.Sadəcə şəxsi problemlərin sənə özünü görməyə imkan vermir ay sağolmuş.

qulu 2019-01-11 09:32:17

Rüfət savadsız deyil və çox gözəl HESABLYA bilir ki, Mehmalın videoya aldıgı villaları həmin nazirlər qanuni qazancları heç bir yerə xərcləməsər belə 20 il yox 50 ilə belə bircəciyini tikdirə bilməzlər.Sadəcə olaraq demək istəyir ki, nazirlər əcəb edirlər və xalqın nə deyəcəyi hec ....... da deyil.Tikirlər və tikməyə də davam edəcəklər.

Veteran 2019-01-11 09:32:17

Yeqin Quliyev bizim memurlarin neler yigdigindan melumatsizdir. Dogrudanmi bu qeder sadelovhsen?! Yoxsa camaati ele salirsan? Eger dogrudan sadelovhsense herden saytlari oxu ve melumatlan Rufet muellim Quliyev! Sohbet senin dediyin kimi 1-2 villadan getseydi hec kim hemin nazirlere bir kelme bele soz demezdi. Iw burasindadir ki, bunlarin hansini "terpedirsen" melum olur ki, her biri, olke budcesinin 10/1 qeder varidat ( sen dediyin kimi) "qazanib" ve her rayonda da 1-2 villasi var!

Hörmətli Deputata! 2019-01-11 09:32:17

Bismillahir-Rəhmanir-Rəhim. Deputat Rüfət Quliyev bu saytdakı açıqlamasını oxuyanda, mat qalmaya bilmirsən! XALQI ALDATMAQLA TALANÇILIQ RÜŞVƏTXORXORLUQLA toplanmış pullarla tikilən evlərı və vilları haqq qazandırmaq Milli Məclisin Deputatının vəzifəsidir, yoxsa işidir?Bu Deputat:- 1.göz görə-görə xalqı axmaq yerinə qoyub başına corab hörür-2. məsələyə geniş pəncərədən baxılmayaraq qeyri-müəyyən şərhlərlə şou effekti yaratmağa çalışmaq nə qədər düzdü?. Bu nə deməkdir? Bu deputat yenə də ictimai fikiri azdırır. O, başa düşmür ki, belə məmurlar fəaliyyətləri ilə ölkəni uçuruma, vətəndaşları isə səfalətə aparırlar. Bunlar yalan,cəfəngiyatdan başqa bir şey deyil! AZƏRBAYCANIN BÖYÜK ŞAİRİ MƏMMƏDHÜSEYİN ŞƏHRİYAR YAZIRDI: BİZDƏN İRƏLİDƏDİR AVROPALILAR, CÜNKİ İŞİ İŞ BİLƏNƏ TAPŞIRIR ONLAR. CİN FİLOSOFU KONFUTSİ YAZIRDI: O İNSAN DÖVLƏTƏ VƏ RƏHBƏRƏ NECƏ XİDMƏT EDƏ BİLƏR Kİ,BÜTÜN VAXTINI DÜŞÜNÜR Kİ,OĞURLASİN,SONRA DÜŞÜNÜR Kİ,OĞURLADIĞINI QORUSUN.OĞURLADIĞINI QORUMAQ ÜCÜN ŞEYTANLADA SAZİŞƏ GİRƏR. ALLAH AZƏRBAYCANIMIZI ŞEYTANA BƏNZƏR MƏMURLARDAN QORUSN! Sonda! Deputat deyir ki, “Paparazzilik nə deməkdir?”(Özüdə cavab vermir?). Cavab:- 1-ci bu azərbaycan sözü deyil (Depuatat Azərbaycan mətbuatında dövlət dilində danışmalıdır).-2-ci bu sözün mənası isə belədir-tanınmış insanların(əsasən şou biznes adamlarının) gizli şəkilərini videosını çəkən adam.Bu sözdə yerinə düşmədi! Məngə artıq vaxdır ki,bəzi məmurlar papağlarını qabağlarına qoyub fikirləşməlidilər! Artıq bəsdir!!!

G M 2019-01-11 09:32:17

Bu deputatın səviyəsi onu seçən dsk-nin (təyin) edənin əqidəsinin eynidir.Və bəlasını Xalq çəkir.

t.ədalət 2019-01-11 09:32:17

Hörmətli deputat çox bərbad fikir söyləməklə özünü gündəmə gətirib.Ona bildirmək istəyirəm ki,nazirlər yeyib-içib papaqlarını günə verəndə oğullar var ki,25 il cəbhə xəttində kürəyini səngərə söykəyib düşmən gülləsinə sipər etmişdi. Bəs,onların necə,villa almaq haqqı yoxdur?Əlbəttə var.Ancaq onların villalar almaq üçün nazirlər kimi dövlət sərvətini və əmlakını mənimsəmək imkanı yoxdur.Oğruya haqq qazandırmağa çalışanlar da elə oğrulardır.Güman ki Rüfət müəllim də..

Serxan 2019-01-11 09:32:17

Rüfət Quliyev deputat secildiyi dairenin secicileri UTANMAYİN! BU SİZİN FİKİRLERİNİZİ İFADE EDİR

çina 2019-01-11 09:32:17

Sənin elə .... monqol sifətindən bilinir ağlın!....vaxt gələcək sənin kimi .... cavab verəcəklər!

lalocka 2019-01-11 09:32:17

haram pul yiganlar,ezizlerivizun bahali qebir dawina veresiniz,inweallax-aminnnnnnnnnnnn

oxucu 2019-01-11 09:32:17

Nə qədər ki bizim belə seçilməmiş deputatlarımız var bu günümüzə şükür. Vay bizim halımıza.

ŞuŞalıya 2019-01-11 09:32:17

Boynuvu yazma,boyunu yerə soxum yaz.Gormursen mıtamaqdan(yani tıxamaqdan) boynu qalmayıb.)))))

Mehman 2019-01-11 09:32:17

Bir gun korrupsiya Azerbaycanda leqallashsa hech teecublenmerem.Zaten bu "qeyri adi intelekte"malik deputat onu demek isteyir.

ЭЛЬЧИН 2019-01-11 09:32:17

Rüfət Quliyevin hələ SSRİ dövründə .... ləqəbi var idi. O da .... digər məmurları kimi qanunsuz qazanılan pullara bəraiy qazandırmaq cəhdi yalnız gülünc doğurur.Ondan və ümumən iqtidardan 14 il bundan öncə qəbul olunmuş "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunu tapdalamağa kim ixtiyar veridiyini soruşmaq lazımdır.Bu qanun qohumların birinin digərinin rəhbərliyi altında işləməyi qadağan edir və hər məmurdan gəlirləri barədə bəyannamə təqdim etməyi tələb edir.

müharibə əlili 2019-01-11 09:32:17

Mehmanın blogerlik fəaliyyəti sırf korrupsiyaya qarşı olan bir fəaliyyət idi və belə ..... mənafeyinə heç cür sərf etmirdi. Bəs söyləyirdilər ki, həbsinin səbəbi böhtan atmaqdır.

yusif-1313 2019-01-11 09:32:17

Bədbəxt hakimiyyət!Bu tipli adamlari deputat təyin etməklə özünü alcaldirsan

Yazlq millet 2019-01-11 09:32:17

Ilahi,bizim deputatimiza bax.Dovletin siyasetine qarishmaq - meger Azerbaycan vetendashinin haqqi yoxdur dovletin,hokumetin ishine qarishsin,qiymet versin, tenqid elesin,sizin eybecerliyinizi gostersin? Yaziq Azerbaycan!Kimler sene agaliq edir ,ilahi!! Yaziq Mirze Elekber,Yaziq Mirze Celil

Kripton 2019-01-11 09:32:17

Oxuduqca, adamın əti tökülür. Yazıda bisavadlıqdan tutmuş eqoizmə qədər, qanunsuzluqdan tutmuş qeyri-tolerantlığa qədər hər cür element tapmaq olar.

yengibar 2019-01-11 09:32:17

Bu deputat kişi hələ oğru ilə doğrunun fərqini bilmir. Ay Rüfət, niyə də nazirin villası olmasın? Amma, necə olsun. Məsələn sən deputat, hər ilin sonunda öz gəlirlərin barədə, əmək haqqı-mükafat, məsələn, bir biznesin var, ordan gələn gəlirlər barədə bəyannamə təqdim edirsən və göstərirsən ki, bu gəlirdən bu qədər vergi verib 1-2 villa tikmişəm.Amma siz deputatlar 2005də qəbul etdiyiniz o qanunu atıbsınız zibil yeşiyinə.Çünki sərf etmir.İndi düz kişisənsə 2018 ci il üçün bəyannaməni ver!

cəngərlik sakini 2019-01-11 09:32:17

bu deputata baxanda həqiqətəndə 200 il monqol əsarətində olmağımız təsdiqlənir.eyni sifət və eyni məntiq.

Vəli 2019-01-11 09:32:17

1-cisi 1-2 deyil. Özünə uşaqlarına nəvələrinə nəsil köklərinə. Eləsi var bəlkə də 20-si var. Əli Həsənov kimi,qaçqınlar evi necə alırdılae? Bir nəvəsininin bir neçə milyonluq maşın kolleksiyası vardır.Eləcə də hamısı. Burda orda, xaricdə, milyonluq, yarım milyonluq maşınlar, 100 milyonlarla pul, Eldar kimiləri,cahangir kimiləri milyardları yeyib. Zavodlar, obyektləri,şadlıq evləri,şirkət,biznes imperiyaları. elə danışırsan ki heç vecinə də deyil. Ölkəni talan ediblər.Sənə ancaq millət vəkili demək olmaz.

Wuwali 2019-01-11 09:32:17

Boynuvu yere soxum

Ramiz 2019-01-11 09:32:17

Ay deputat,əvvəla 20 il bir postda işləmək doğru deyil.Belə müddətlər korrupsiyaya,qohumbazlığa,bir sıra maliyyə fırıldaqlarına yol açır. ( necə ki,15-20 il bir nəfər "deputat" saxlanılır.)BUnu bilməniz lazımdır.İkinci tərəfdən nazir 20 ildə aldığı maaşla ailə saxlayır,evində lazımi təmir işlərinə,ərzaq və sənaye malları,kommunal xərclər ödəyir.Aldığı maaşla 2-3 milyonluq villa tikdirə bilməz! Bu talançı siyasət nəticəsindəmümkündür!İnanmırsınız hesablayın.Heç 100 ildə də qanuni yolla bu pulu yığa bilməz.

X 2019-01-11 09:32:17

Mehmanin uzunden nur yagir bu ... uzunden..

Rüfət Quliyevə 2019-01-11 09:32:17

Belə bisavad adamlarnəyin hesabına deputat olublar?Millət bilir ki, bu adam rüşvət alır,büdcə oğurlayır,korrupsiya yolları ilə milyarderə çevrilib, işində kobud və evladları ərkösöyündür.Aylıq maaşı nə qədərdir.Malik olduğu əmlak qanuni qazancla əldə olunmayıb.BU YAP-ın vəzifədə olan və bu cinayətlərə əli çatan hər biri edib və edir.Misal tkə YAP hakimiyyətinin özü açıqladığı vergi,diaspor,nəqliyyat,səhiyyə, ASalanlı,Hacı İbrahim və sairə. Deputatın yalan danışdığı aşkardır.Nə edək,belə "deputatlarımız va

Son yazılar