Bakı-Sumqayıt elektrik qatarı iki gün işləməyəcək
Baxiş sayı:
Dərc olunub:
11/01/2019 - 10:09
Təmirlə əlaqədar Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ikigünlük ləğv ediləcək.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.
Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12-13-ü tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.