XAOSUN ASTANASINDA – Nəyə görə 2019 Avropa üçün dönüş ili olacaq?

Dərc olunub: 12/01/2019 - 08:30

fransa-sari-inqilab

Gərgin hadisələrin sayı baxımından 2018-ci il zirvə ili olub və 2019-cu ildə oxşar hadisələrin daha bol olacağı istisna deyil: Avropa parlamentinə seçkilər keçiriləcək.

Bu seçkilər çox mühümdür, belə ki, burada Avropa Birliyinin gələcək taleyi həll olunacaq. Yəni, Avropa Birliyinin irəlidə hansı formada fəaliyyət göstərəcəyi və ya ümumiyyətlə, belə quruluşun gələcəkdə mövcud olub-olmayacağı müəyyənləşəcək.

Bütün bu problemlər onilliklər ərzində toplanıb və bu il biz onları tam həcmdə görəcəyik. Bu məsələdə bizə daha çox köməyi Donald Tramp göstərir, çünki o, öz hərəkətləriylə mövcud ağrılı yerlərə təzyiq edir. Amerika prezidenti NATO-nun Brüssel sammitində, “Böyük yeddiliyin” Kanadadakı toplantısında və “Böyük iyirmiliyin” Argentina sammitində bunu əyani nümayş etdirdi. Bu üç beynəlxalq hadisə göstərdi ki, bütün sistem böhran içindədir, ABŞ və Avropa Birliyində də sosial-iqtisadi problemlər artıb. Həmçinin, ABŞ və Avropa Birliyi arasındakı münasibətlərdə gərginlik yaşanır. Digər tərəfdən, Amerika ilə Avropa Birliyi nümayiş etdirdilər ki, İkinci Dünya Müharibəsindən sonra formalaşan köhnə qaydalar çöküşə keçib.

- Köhnə qaydaları kim dağıdır?

Nəyə görə belədir? Səbəbi qlobal proseslərdə axtarmaq lazımdır. Bu problemlər onilliklər ərzində toplanıb, indi biz ona görə hiss edirik ki, onlar sistemə zərbə vururlar. Burada söhbət ilk öncə miqrasiya və demoqrafiyadan gedir. Miqrasiya tarix və milli özünəməxsusluqla əlaqədar Avropaya daxili problemlər gəririb. Fransada Şimali Afrika mənşəlilər getdikcə çoxalır. Bu faktrların təzyiqi altında belə bir məsələ kəskin qoyuur: bizə qloballaşma lazımdırmı?

Və əlbəttə, əvvəllər marjinal hesab olunanlar – sağ millətçi populistlər bütün güclərini toparlayıb, anti-miqrant, anti-qlobalist və anti-demokratik çağırışlarla küçələrə axışıblar. Onlar hesab edirlər ki, miqrasiya və demoqrafiya problemlərini ortaya çıxaran məhz demokratiyanın libeal xarakteridir.

Böhranın daha bir faktoru – dünya iqtisadiyyatının böyümə tempinin ləngiməsi və borc böhranının tədricən kəskinləşməsidr. Bu, bütün dövlətlər üçün aktualdır. Bütün ölkələr borcla yaşayır. Maliyyə problemlərinin kəskinləşməsi insanların həyat səviyyəsinə zərbə vurur və “sarı gödəkçələrin” ortalığa çıxmasının əsl səbəbi də buradan qaynaqlanır. İnsanlar sistemdən məyusdurlar və onlar düşünməyə başlayırlar ki, köhnə elita yeni məsələləri həll etmək qabiliyyətində deyil və ona görə də, yeni birisini seçmək lazımdır.

Köhnə Avropa elitasına təsir göstərən üçüncü problem – demokratiya və liberal ideologiya nümayəndələrinin böhranıdır. Bu ideya böhran içərisindədir, çünki ABŞ liberal demokratik ideyaya nifrət bəsləyən şəxsi – Donald Trampı prezident seçdi. Elə məhz bu da sistemi xaosa sürükədi, ona görə ki, Birləşmiş Ştatlar nəinki köhnə elitanı, həm də liberal dəyərləri qəbul etməyən sağ mühafizəkar populisti seçdi. ABŞ isə dünyadakı liberal ideyanın fundamentidir.

- Yeni rəhbərə tələb var

Demokratiya daşıyıcılarının böhranı həm də ona görə baş verib ki, bizim çoxluq haqqında düşüncələrimizdə problem var. Heç kimi bunun nə olduğunu bilmir, ona görə də, ona istiqamətlənmək çətindir, bu, xüsusilə gənc nəslə aiddir. İnsanlar siyasətə daha az maraq göstərirlər, onlar digər kateqoriyalarla düşünürlər. Miqrasiya, demoqrafiya, ekologiya, iqlim dəyişiklikləri, iqtisadi və maliyyə problemləri seçiciləri yeni simalar axtarmağa vadar edir.

Nəinki yeni sifətə, həmçinin yeni rəhbərə tələb var. Bu gün siyasət ənənəvi liberal demokrat parlamentdən uzaqlaşaraq, siyasi güclə assosiasiya olunan xarizmatik liderə ehtiyac duyan siyasi traybalizmə (tayfabazlığa) keçid edir. Deyə bilərikmi, kim Emanuel Makronun partiyasından olan digər familiyanı tanıyır?

Bütün bunlar tamamilə yeni sistem tələb edir. Digər tərəfdən “sarı gödəkçələrın” etirazları zamanı birbaşa demokratiya tələb edən xeyli sayda vasitələrin: xalq referendumlarının, deputatların və nazirlərin geri çağırılması mexanizminin həyata keçirilməsinə çağırışlar edilirdi.

Əksər ənənəvi institutlarda tam məyusluq hökm sürür və bu hal bir çox digər regionlarda da hiss olunur. Məsələn, hal-hazırda gənc fələstinlilər 1947-ci ildən başlayaraq onları təmşil etmiş “Fəth”, ”Həmas” və prezident Mahmud Abbasın rəhbərlik etdiyi “Fələstin Azadlıq Təşkilatı” kimi bütün klassik siyasi təşkilat və hərakatlardan narazıdırlar. Onların hamısının neqativ reytinqi var və bu vakkum hələlik doldurulmur. İndi iqtisadi modelin uğurundan asılı olaraq, demək olar ki, belə bir vəziyyət bütün dünyada hökm sürür.

- 2019-cu il – Yeni Avropa ili

Bu problemləri nəzərə alarsaq, birincisi – Avroparlament seçkilərinin nəticələrinə görə, ikincisi isə hansı tip islahatların seçiləcəyindən asılı olaraq Avropanın necə inkişaf edəcəyi bəlli olacaq. İslahatlardan sonra biz yeni Avropanın necə olacağını görəcəyik.

(“Apostrof”-Ukrayna)








loading...


Fikrinizi bildirin