Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə iclası başlayıb

Dərc olunub: 11/01/2019 - 11:03

mustafa-hacibyeli-768x468Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bastainfo.com” saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra M.Hacıbəylinin vəkili Osman Kazımov vəsatət qaldırıb. O, cinayət işinə xitam verilməsini istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, M.Hacıbəyli Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, “Criminalaz.com” saytının baş redaktoru Anar Məmmədov barəsində də eyni maddələrlə ittiham irəli sürülüb. Onun cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır








loading...


Fikrinizi bildirin